Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, E.Həsənova yaxınlığı ilə tanınan, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də saxlanılaraq, istintaqa cəlb edilib.
B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
Məhkəmənin qərarı ilə B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçilib.