Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə
Musavat.com-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qayınıdı. ***Bakıda daha bir qətl hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə qətlə yetirilib.
Qeyd edək ki, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.