“Putin Rusiyanın özü üçün də təhlükə törədəcək”

4-08-2014, 17:05   
“Putin Rusiyanın özü üçün də təhlükə törədəcək”Barak Obama Rusiyanın dünya siyasətində önəminin olmadığını bəyan etdi
“ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək”
ABŞ prezidenti Barak Obama Rusiyanı dünya gücü hesab etmir. Obama “The Economist” jurnalına müsahibəsi zamanı ölkəsinin Rusiya ilə münasibətlərinin geniş şərh edib. Onun sözlərinə görə Dmitri Medvedev Rusiya prezidenti olarkən tərəflər arasındakı münasibətlər daha yüksək səviyyədə idi.
“Bizim administrasiyanın 2012-ci ilə qədər prezident səlahiyyərtlərini icra edən Dmitri Medvedevlə çox məhsuldar əməkdaşlığı var idi. Biz etməli olduğumuz çox şeyi birlikdə etdik” – deyə Obama bildirib.
Eyni zamanda o, hazırki prezident Vladimir Putininin gələcəkdə Rusiya üçün təhlükəli olacağını bildirib: “Dünyada gərginlik yaradan faktorlardan biri Vladimir Putinin fəaliyyətidir. Onun addımları yaxın perspektivdə ölkə daxilindəki siyasətçilər üçün xoş, beynəlxalq aləm üçün narahatlıq doğurursa da, uzaq perspektivdə Rusiyanın özü üçün təhlükə törədəcək”.
Obama etiraf edib ki, Ukrayna böhranının başlanmasından az öncə Putinlə şəxsi ünsiyyəti kəsib və yalnız ötən həftə Ukrayan ərazisində sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya prezidentinə zəng edib.
Ağ Ev sahibi Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın etiraz etməsini, ölkə kəşfiyyatının Rusiyaya sığınan keçmiş üzvü Edvard Snoudenə Moskvanın siyasi sığınacaq verməsini və Krımın qəfil ilhaqını Rusiya-Amerika münasibətlərinin əsas problemləri adlanıdırıb.
Müsahibənin sonunda Barak Obama Rusiyanın dünya siyasətində önəminin olmadığını vurğulayıb: “Rusiyanın əhəmiyyətini böyütmək lazım deyil. Rusiya heç nə etmir. Mühacirlər Moskvaya yaxşı iş dalınca gəlmirlər, rus kişilərini orta ömrü 60 yaşı keçmir. Və bu şəraitdə ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək” (modern.az).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar