Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücüm əməliyyatlarının 5-ci günü, gecə saatlarında düşmənə növbəti ağır zərbələr endirilib.Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Silahlı Qüvvələrimiz Ağdərə istiqamətində düşmənin
Madagiz ətrafındakı yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
Cəbrayıl-Füzuli istiqamətində də qoşunlarımızın naliyyətləri var. Rəsmi məlumatda bildirilir ki, Ordumuz düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Gecə səhərə qədər davam edən döyüşlər zamanı düşmənin
5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.
Ordumuzun uğurları "Google maps" canlı xəritəsindən də aydın görünür. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin Madagiz ətrafında nəzarət etdiyi ərazilər xeyli genişlənib.
Bunun nəticəsində Ağdarə rayonu demək olar ki, Ordumuz tərəfindən mühasirəyə alınıb. Təxmin etmək olur ki, yaxın günlərdə davam edən əks-hücum əmliyyatları nəticəsində Ağdərə rayonu düşməndən tamamilə azad ediləcək. Həmin istiqamətdə xalqımızın həyəcanla gözlədiyi mühüm nəticələrlə Ordumuzu cəmi bir neçə kilometr məsafə ayırır.Xatırladaq ki, bu gün
Xocavənd rayonunun işğal günüdür. 28 il əvvəl erməni silahlı birləşmələri tərəfindən ələ keçirilən rayon düşmənə ciddi müqavimət göstərib. Döyüşlər zamanı 145 nəfər şəhid olub ki, onların 13-ü qadın, 13-ü isə uşaqdır. Madagiz istiqamətində əldə olunan uğurlar göstərir ki, hər il məyusluq, kədər içində xatırladığımız bu işğal tarixi bu dəfə zəfər günü ilə əvəz oluna bilər.
Cəbhədən gələn xəbərlər şəhidlərin qisasının alındığını, qələbə gününün çox yaxın olduğunu deməyə əsas verir.Qeyd edək ki, Füzulu istiqamətində irəliləyən qoşunlarımız düşmənin Qorqan, Yuxarı Seyidəhmədli, Üçüncü Mahmudlu kəndləri ərazisində yerləşən qüvvələrini də üç tərəfdən mühasirəyə alıb. "Googgle maps"-dan təqdim etdiyimiz fotofaktdan da düşmən qüvvələrinin sıxışdırılaraq çətin vəziyyətə salındığı aydın görünür. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bu istiqamətdə ordumuz qarşı tərəfin mövqelərinə aramsız zərbələr endirir. Erməni silahlı birləşmələri xeyli sayda canlı qüvvə, texnika itirərək geri çəkilir.
QƏLƏBƏ BİZİMLƏDİR!Elçin "AzPolitika.info"