"Makron buna görə ənənəvi fransız liderlər kimi davranır.... O, Ərdoğana çox qəzəblidir"ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun eks-həmsədri Metyu Brayza Ermənistanın təxribatı nəticəsində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatlardan danışıb.Siyasi ekspert Haber Global TV-yə videoformatda bağlanaraq bir həftədir davam edən müharibəni şərh edib: “İyul ayında Azərbaycan və Ermənistan arasında atışma oldu. Bu, beynəlxalq səviyyədə tanınan sərhəd ərazidə (Tovuz -red.) baş verdi.
Azərbaycan Prezidenti İlham Əliyev iki həftə əvvəl açıqlama verdi və Ermənistanın Baş Naziri Nikol Paşinyanın müzakirələri dayandırdığını düşündüyünü söylədi. Düzdür, Paşinyan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclas etməyini istədi. Lakin müzakirə təxirə salındı. Çünki Rusiya bu ittifaqı bir araya gətirməklə maraqlanmırdı. Rusiya səssizliyini indiyədək qorudu və bu, Ermənistan üçün dezavantajdır.Rəsmi Rusiya hər iki tərəfə atəşkəsi dayandırmaq barədə tövsiyə verdi, Əliyev və Paşinyana masa arxasında müzakirə aparmağı təklif etdi.
Beynəlxalq arena da gərginlik barədə zəif çağırışlar edir. Azərbaycan hədəfinə çatanadək bu döyüşə son verməyəcək. Və Azərbaycan torpağını erməni işğalından azad etmək niyyətindədir. O, yeni bir güclə siyasi xəritəni də dəyişmək istəyir.Azərbaycanın bu strategiyasını uğurlu hesab edirəm və bu ölkə sadəcə məmnun olduğu halda buna son verəcək”.
M. Brayza Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qəzəbli olduğunu, bu səbəbdən Qafqaz hadisələrində tərəfsizliyini açıqladığını vurğulayıb: “Fransa Prezidenti Emmanuel Makron tərəfsizliyindən uzaqlaşdı və Ermənistanın tərəfində olduğunu bildirdi. Məsələni həll etmək üçün tərəfsiz bir mütəffiqin olması çox vacibdir. B
ilirsiz ki, Makron ənənəvi fransız liderlər kimi davranır. Keçmiş Fransa Prezidenti də demişdi ki, Avropa İttifaqı xristian birliyidir, Türkiyə bura daxil edilə bilməz.Makron da bu siyasəti davam etdirir. O, Ərdoğana çox qəzəblidir. Bu səbəbdən şəxsi əsəbini Ərdoğana yönləndirir və Qafqaza belə münasibət göstərir”.
Keçmiş səfirin fikrincə, rəsmi Moskva döyüşlərə müdaxilə etməyəcək: “Paşinyanın BBC-yə verdiyi müsahibəni izlədim. Aparıcı dedi ki, münaqişəni yaradan tərəf Ermənistandır.
Paşinyan müzakirələri bərpa etməkdən danışırdı. Əliyevlə etdikləri ilk iclas yaxşı görünürdü. Lakin daşnaklar Baş nazirə qarşı basqı etməyə başladı. “Böyük Ermənistan” iddiasını irəli sürdülər. Paşinyanın başqa seçimi qalmamışdı və iş birliyini davam etmədi, müzakirə dayandı. Azərbaycan öz siyasətini davam etdirir, beynəlxalq hüquqa uyğun olaraq torpağını geri qaytarmağa çalışır. Bəlkə də bu, bir neçə həftəyə reallaşacaq. Rusiya məsələyə müdaxilə etməyəcək. Belə ki, Rusiya Paşinyanın hakimiyyətdə qalmağını istəmir.
Çünki Paşinyan Putinin ən pis kabusudur, sistemin kənarında olan bir aktyordur. Ona basqılar olacaq və Azərbaycan torpaqlarını azad etdikdən sonra Ermənistana yeni şəxslər gələcək, müzakirələr bərpa olunacaq.
Məncə, Paşinyan siyasi olaraq həyatda qalmayacaq. Belə olmasa da Paşinyan zəif bir fiqur kimi müzakirə masasına əyləşəcək. Çünki Azərbaycan önəmli torpaqları geri almış olacaq. Nəhayət ki, Paşinyan vəzifəsindən gedəcək. Çünki Ermənistanı aşağılayan bir mövqedə olacaq və xalqa pozitiv bir xəbər verməyəcək. Rusiya da siyasi olaraq Paşinyanı qorumayacaq”.
azpolitika.info