Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanov
Moldova KİV-ə Dağlıq Qarabağ bölgəsində vəziyyət ilə bağlı geniş
müsahibə vermişdir.
Müsahibə olduğu kimi azərbaycan dilində dərc olunur. Müsahibənin
rus və rumın dilində mətnləri ilə aşağıdakı linklərdə tanış olmaq
mümkündür.https://noi.md/ru/interviyu/posol-azerbajdzhana-v-moldove-my-iznachalino-byli-za-
mirnoe-uregulirovanie-konflikta
https://noi.md/md/interviuri/ambasadorul-azerbaidjanului-in-moldova-noi-de-la-bun-
inceput-am-fost-pentru-solutionarea-pasnica-a-conflictului
https://ava.md/2020/10/06/posol-azerbaydzhana-v-moldove-my-iznachal/
https://tribuna.md/ru/2020/10/06/ambasadorul-azerbaidjanului-in-moldova-noi-de-la-bun-
inceput-am-fost-pentru-solutionarea-pasnica-a-conflictului/
Sentyabırın 27-i Dağlıq Qarbağda vəziyyət gərginləşdi: ətraf 7 rayonlarda
fəal döyüşlər gedir. Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan
olunub, səfərbərlik çağırılıb. Bununla bağlı biz Azərbaycan
Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanovdan bizim bir neçə
sualımızı cavablandırmağı xahiş etdik.
Cənab Səfir, döyüş bölgəsində vəziyyət necədi? Bu günə zərər
çəkmiş şəxslərin sayı nə qədərdir?Cəbhədə vəziyyət doqquzuncu gündür ki gərgindir. Sentyabırın 27-i
Azərbaycan yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz
Ermənistan silahlı güvvələr tərəfindən güclü artilleriya atəşinə
tutulmuşdurlar. Bunun nəticəsində 24 dinc sakin həlak olmuş, o
cümlədən iki uşaq, hərbçilər arasında da gurbanlar var. 121 nəfər
yaralanıb və xəstəxanadadırlar. 300-dən çox yaşayış evlərinə və mülki
obyektlərə zərər dəymişdir. Bir neçə gündür ki, Azərbaycanın böyük
şəhərlərindən biri Gəncə şəhəri, hansı ki, qoşunların təmas xəttindən
uzaqda yerləşir, erməni silahlı güvvələri tərəfindən atəşə məruz qalıb.
Nəticədə insanlar həlak olur, çoxlu yaralananlar var. Sözü gəlmişkən,
Gəncə sakini 1943-cü təvəllüdlü Karina Griqoryanda xəsarətlər almışdır.
Bu onu göstərir ki, Azərbaycanda indiyə qədər ermənilər yaşayırlar,
halbuki Ermənistanda etnik təmizləmə nəticəsində bir dənə də
azərbaycanlı qalmaylb.
Bundan başqa Erministanın taktiki raket silahıtdan istifadə faktı
aşkarlanıb. Gəncə şəhərinə çoxlu raketlər endirilib, kaset tipli silahlardan
istifadə olunub, Bakı şəhərinə yaxın Abşeron rayonuna 300 km orta
məsafəli raketlər endirilib, su anbarı və elektrik stansiyası yerləşən
Mingəçevir şəhərinə hücüm edilib. Hal-hazırda düşmən Ermənistandan
Azərbaycanın Bərdə, Tərətər, Ağcəbədi, Beyləqan, Minqəçevir
şəhərlərini və digər yaşayış məntəqələrini atəşə tutub, dinc mülki əhali
nişana götürülbdür. Bununla düşmən bizi təxribata çəkmək istəyir ki, biz
onlara cavab verək, onlarda münaqişəyə üçüncü tərəfi cəlb etsinlər.
Lakin ən təhlükəlisi odur ki, Ermənistan PPK terror təşkilatının Suriya
qanadından, Livandan və Yaxın Şərqdəki digər ölkələrdən terrorçuları
istifadə edir. Bundan əlavə, Ermənistan rəhbərliyi «könüllülərin»
toplanması və münaqişə zonasına göndərilməsini təşkil etmək üçün
dünya ermənilərinə müraciət edib, bütün dünyadan ermənilərin
müharibədə iştirak etməyə çağırırlar. Bunu xarici KİV də təstiqləyir.
Türkiyə Xarici İşlər nazirliyi Azərbaycana hərbi yardımın
göstərilməsinin mümkünlüyünü bildirib. Bunu necə şərh edə
bilərsiniz?Türkiyə - bizim üçün qardaş ölkədir. Dünya ictimaiyyəti Ermənistanın
Azərbaycana hücüm etdiyini öyrənəndə, Türkiyə birinci birmənalı şəkildə
Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bəyan etdi,
çünki Ermənistan bizim əraziləri 30 il ərzində işğalda saxlayaraq,
beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu məhz bundan
ibarətdir. O bizə heç bir hərbi yardım göstərmir. Buna heç ehtiyacda
yoxdu. Gördüyünüz kimi, biz özümüz təcavüzkara layiqli cavab verməyə
qadirik.
Lakin, Ermənistan, məsələn Rusiyadakı səfir Vardan Toqanyanın
simasında bildirir ki, türk hərbçiləri Azərbaycan tərəfində
döyüşürlər və Türkiyənin silah ötürdüyü, hətta bu müharibənin
Türkiyəyə faydalı olduğu söylənilir.Bütün bunlar təxribat və feykdir. Ermənistan rəhbərliyi 30 ildir ki, bütün
dünya ictimaiyyətini və öz xalqını aldadır. Onlar çox şey dünən danışıblar
və indi danışırlar, bizim ölkəmizi bir çox şeylərdə ittiham edirlər. Bunların
arxasında heç bir sübut və əsaslar yoxdur.
Suriyadan terrorçuların ermənilərin tərəfində vuruşduqlarına dair
sizin tərəfinizdə bir sübut varmi?Uzun illər ərzində işğal olunmuş ərazilərə suriyalı və livanlı «könüllülərin»
köçürülməsi həyata keçirilir, bu hamıya məlumdur. Bunun sübütları açıq
mənbələrdə mövcuddur. «Beynəlxalq Fransız radiosu» deyir ki,
ermənilərin tərəfində suriyalı, livanlı terrorçular və erməni terror təşkilatı
ASALA-nın üzvləri vuruşur. Xankəndidə (Stepanakert) Erməni
birləşmələrinin tərəfində xarici terrorçuların vuruşduğunu öz Twitter
səhifəsində The Heritage Foundation Ellison adına Xarici Siyasət
Araşdırmalar Mərkəzinin direktoru Luk Coffidə yazır. O düşünür ki, xarici
hərbi qüvvələrin olması təhlükəlidir, bu belə də var.
Məlum olub ki, Azərbaycan hərbi qüvvələri artıq bir neçə əraziləri
götürüblər. Bu belədir?Bəli, doğrudur. Azərbaycan öz ərazilərində antiterror xilasedici əməliyyat
aparır. Biz düşmənə adekvat cavab verməyə məcbur olduq, xalqımızı, öz
sakinlərimizi və torpağlarımızı qoruduq. Yalnız bir gün ərzində Fizuli-
Cəbrayıl istiqamətində 8 kənd işğaldan azad olundu. Bundan əlavə,
Azərbaycan ordusunun Goranboy istiqamətində apardığı hərbi
əməliyyatlar nəticəsində eyni adlı dağ silsiləsinin Murovdağ zirvəsi azad
edildi. Həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarını
Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolu da nəzarətə götürülüb.
Bu, hərbi yüklərin Ermənistandan Ağdərə və Kəlbəcər istiqamətində
ötürülməsinin qarşısını almağa imkan verir.
Bundan əlavə, Azərbaycan ordusu Azərbaycan bayrağını Ağdərə
rayonunun Madaqiz yaşayış məntəqəsində qaldırdı. Həmçinin Tərtər
rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehtili, Çaxırlı, Aşağı
Maralan, Şeybey, Quycaq kəndləri, Cəbrayıl şəhəri və Fizuli rayonunun
Aşağı Abdurrəhmanlı kəndi işğaldan azad olundu. Dünən Cəbrayıl
rayonunun daha 3 kəndi azad olundu – Şixali Ağali, Sarıcalı, Məzrə. Hal-
hazırda bizim Silahlı qüvvələr Azərbaycan torpaqlarını düşmən
işğalından fəal azad etməyə davam edirlər.
Necə düşünürsüz, məsələn, Rusiya, Fransa və ABŞ-in çağırdığı
kimi, danışıqlar masasına qayıtmaq, müharibəni bitirmək və mövcud
vəziyyətdən sülh yolu ilə bir çıxış tapmaq mümkündürmü?Biz əvvəldən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idik, Azərbaycan
25 ildən artıq danışıqlar prosesində iştirak edirdi. Çünki ümid edirdik və
gözləyirdik. Danışıqlarda işğal altında olan Azərbaycan ərazilərinin
mərhələli qaytarılması müzakirə olunurdu. Əvvəlcə 5 rayon, sonra daha
2, biz gözləyirdik ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqlar,
sonra isə azərbaycan ilə erməni xalqları sülh içində yaşayacaqlar, necə
ki əvvələr yaşayıblar. Lakin nəticədə biz gördük ki, biz yeni müharibə ilə
təhdid olunuruq. Prezident İlham Əliyev dəfələrlə həm ATƏT-in Minsk
qrupunun həmsədrlərinə, həm digər beynəlxalq təşkilatlara, Avropa
İttifaqının nümayəndələrinə deyirdi ki, Ermənistana təsir etsinlər. Lakin
onlar bizi eşitmirdilər. Azərbaycana bu müharibə lazim deyil, sərf də
etmir.
Biz istəyirdik sülh yolu ilə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə
əsaslanaraq, öz torpağlarımızı qaytaraq. 1 milyon qaçğın və məcburi
köçkün 30 ildir ki doğma evlərindən didərgin qalıblar. Siz bunu təsəvvür
edə bilərsiz? Biz 30 il onlara evlərini qaytarmaq istəyirdik, bir daha qeyd
edim ki, sülh yolu ilə. Lakin əgər erməni baş naziri bəyan edir ki,
Qarabağ – Ermənistandır və nöqtə, hansı danışıqlar prosesindən
danışmaq olar?Ondan qabaq heç kəs bələ bəyanatlar etməyib. Ondan
əvvəl əldə edilən hər şeyi məhv etdi. Qondarma Dağlıq Qarabağ rejimi
ilə danışıqlar aparmağımızı tələb edir, yəni 25 ildən artıq mövcud
danışıqların formatını pozmağa çalışır.
Axı işlənmiş prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işğal olunmuş
ərazilər azad olunmalı, bir milyona yaxın qaçqın və məcburi köçkün
doğma evlərinə qaytarılmalıdırlar. Siyasi baxımdan, bunu BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər oxşar beynəlxalq
təşkilatların sənədləri də tələb edir. Ermənistan beynəlxalq hüququn
norma və prinsiplərini pozur, bu sənədlərə məhəl qoymur və bütün dünya
buna göz yumur. Təəssüf ki, bu təşkilatlar Ermənistanı bu qətnamələrə
riayət etməyə məcbur etmək üçün bir şey etmirlər.
Bu yaxınlarda Xarici İşlər Nazirimiz Ceyhun Bayramov, Avropa Birliyinin
Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep
Borrell ilə söhbətində, Ermənistanın öz ərazisindən dinc əhalimizə raket
atdığını çatdırdı. Aİ-nin Yüksək Nümayəndəsi, öz növbəsində, bölgədəki
vəziyyətin ciddi narahatlığa səbəb olduğunu söylədi və bununla
yetərləndi, bu günə qədər erməni tərəfinə heç bir təzyiq göstərilməyib.
Biz bu vəziyyətdə nə etməliyik? Hərbi əməliyyatlar - məcburi, son
çarədir. 30 il daha dözməliyik ki, onlar vətəndaşlarımızı öldürsünlər və
ərazilərimizi işğal altında saxlamağa davam etsinlər? Belə çıxır ki, daha
danışmaq üçün heç bir mövzu yoxdu və son hadisələr onu sübut edir ki,
Ermənistanla münaqişənin sülh yolu ilə həllinə yönəlmiş 30 illik
danışıqlar prosesi yalnız Ermənistan tərəfindən bizə qarşı təcavüz
aktlarına səbəb oldu. Baxın, münaqişə zonasından uzaq olan
şəhərlərimizə və kəndlərimizə ağır silahlardan atəş atırlar və bunu illər
ərzində, hətta danışıqlar davam edərkən edirdilər. Bir daha təkrar
edirəm, onlar silahlı qüvvələrin təmas xəttindən uzaq olan şəhərlərimizə
və kəndlərimizə Ermənistan ərazisindən raket atırlar. Adi mülki şəxslər
həlak olur. Biz isə tamamilə qanun çərçivəsində hərəkət edirik -
ərazilərimizi xarici silahlı qüvvələrdən azad edirik və beynəlxalq
səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik.
Bundan əlavə, tarixə qayıtsaq, Dağlıq Qarabağın Azərbaycan torpağı
olduğunu görürük. 1805-ci ildə Qarabağ Xanlığının xanı İbrahim Xan,
Rusiya İmperiyasının generalı Tsitsianovla könüllü Rusiya imperiyasının
tərkibinə daxil olmaq barədə müqavilə imzalamışdı. Müqavilənin
ermənilərlə deyil, azərbaycanlılarla imzalanması açıq şəkildə qey olunub.
Yəni orada azərbaycanlılar yaşayırdı. Yalnız 1828-ci ildə Dağlıq
Qarabağa ilk erməni köçürüldü. 1978-ci ildə Dağlıq Qarabağ erməniləri
hətta İrandan köçürülmələrinin 150 illiyini qeyd edirdilər və bunun
şərəfinə, 1988-ci ildə ermənilər tərəfindən Qarabağ müharibəsinin ilk
dövründə dağıdılmış və sonra tanınmaz dərəcədə dəyişdirilmiş bir abidə
ucaldılmışdı. Bu tarixi bir həqiqətdir.
Biz özümüzü müdafiə edirik, vətəndaşlarımızı müdafiə edirik, qətiyən
bizim əks hücumumuz mülki əhaliyə yönəlməyib. Azərbaycan ordusunun
hədəfləri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan
ərazilərindəki mövqeləri, hərbi obyektləri və hərbi infrastrukturudur. Bizim
hakimiyyət nümayəndələri artıq bildiriblər ki, dinc əhaliyə ağır
döyüşlərdən xəsarət almamaq və maneəsiz evakuasiya olunmaq üçün
müvafiq şərait yaradılacaqdır. Mülki şəxslərə Cenevrə Konvensiyasının
tələblərinə uyğun olaraq münasibət göstəriləcək və onların hüquqları
qorunacaqdır. Milliyyətindən və dinlərindən asılı olmayaraq onlar bizim
vətəndaşlarımızdır.
Bəs danışıqların bu qədər uzanmasının və münaqişənin hələdə həll
olunmamasının səbəbi nədir?Birinci səbəb, yuxarıda qeyd etdiyim kimi, Ermənistanın bu əraziləri işğal
etdiyi və bütün dünyanın bu əraziləri Azərbaycanın bir hissəsi kimi
tanımasına baxmayaraq, onları qaytarmaq istəməməsidir. BMT
Təhlükəsizlik Şurası, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən
dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul
edib. Lakin bu qətnamələr kağız üzərində qalır. 28 ildir ki, münaqişənin
həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu vasitəçilik məqsədi ilə
fəaliyyət göstərir, lakin heç bir nəticə yoxdur. Əslində bu, münaqişənin
hələdə həll olunmamasının ikinci səbəbidir və hal-hazırda artıq müharibə
həddinə keçib. Yəni Ermənistanın BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əməl etməsi üçün vasitəçilər israr etmirlər və Ermənistana
təzyiq göstərmirlər. Özünüz düşünün? Erməni əsgəri Azərbaycan
ərazisini tərk edən kimi sülh bərqərar olacaqdır. Bu ki, şübhəsizdir.
Azərbaycan hərbi əməliyyatları dayandırmaq üçün hansı şərtləri
irəli sürür?Bizim yalnız bir şərtimiz var, buda qanuni və hamıya məlumdur.
Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməli, Ermənistan
silahlı qüvvələri torpaqlarımızı tərk etməli, Azərbaycanın ərazi bütövlüyü
beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpa olunmalıdır.
Bundan sonra nəhayət bölgədə sülh bərqərar olacaqdır.
Siz deyirsiz ki, müharibə Azərbaycana sərf etmir, bəs onda kimə
sərf edir?Məncə, bu, Ermənistan rəhbərliyinin hakimiyyətini qorumaq və
vətəndaşlarını ölkədəki iqtisadi və siyasi problemlərdən yayındırmaq
cəhdidir. Hücuma keçmədən iki gün əvvəl Ermənistanda əsas müxalifət
partiyasının lideri həbs olunmuşdu. Bundan əlavə, bu il Ermənistan
respublikası rəhbərliyinin reytinqi xeyli aşağı düşüb. Digər tərəfdən ölkəni
daha da böyük bir böhrana aparan pandemiya oldu. Bütün bunlar
Ermənistan rəhbərliyinin xalqın etimadını itirməsi fonunda hakimiyyəti
qorumaq üçün edilir. Xalqı daxili problemlərdən xarici düşmən obrazına
yayındırmağa çalışırlar.
Siz demək istəyirsiniz ki, bu hücum öncədən planlaşdırılmışdır?
Əlbəttə. 27-də baş verənləri Ermənistan bir neçə aydır hazırlayırdı.
Yalnız bu il, 12 iyul tarixində, Dağlıq Qarabağdakı münaqişə zonasından
uzaq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsi istiqamətində
yerləşən yaşayış məntəqələrinə Ermənistan silahlı qüvvələri tərəfindən
atəş açılmışdır. Onda bir neçə dinc sakin və hərbçi həlak oldu.
Qarşıdurma dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi
hədəfimiz olmadığına görə, Ermənistan silahlı qüvvələri ərazimizdən geri
çəkilən kimi, qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Sonra 23
avqust tarixində səhər saat 5.45 radələrində erməni diversiya qrupu
ərazilərimizə daxil olmaq cəhdi edərkən zərərsizləşdirilmişdir. Bundan
əlavə, erməni tərəfi açıq və nümayişkaranə şəkildə işğal olunmuş
ərazilərə və bizim qədim azərbaycan şəhəri olan Şuşaya Livandan
ermənilərin köçürüldüyünü elan etdi, bu da Cenevrə Konvensiyasına
ziddir. Bütün bunlar sizin fikrinizcə nədir? Əlbətdə, onlar bizi uzun
müddət təxribata çəkirdilər, görəndə ki, heçnə alınmır müharibəyə
başladılar. Bütün bu müddət ərzində onlar dövlət sərhədi yaxınlığında
silah və canlı qüvvə toplayırdılar. Bizim hökumətimiz dünya
ictimaiyyətinə xəbərdarlıq etmişdir ki, Ermənistan müharibəyə hazırlaşır,
lakin heç kim buna lazımi diqqət yetirmədi. Beləliklə, sentyabrın 27-də
səhər tezdən onlar Azərbaycana hücum etdilər. Təmas xəttində yerləşən
dinc sakinlərin yerləşdiyi yaşayış məntəqələrini atəşə tutdular və bu günə
qədərdə davam edirlər. Raketlərdən istifadə edirlər. Təbii ki, günahsız
vətəndaşlarımızı və bütün cəbhə boyu mövqelərimizi qorumaq üçün əks
hücuma keçməyə məcbur olduq.