Ümid Partiyası orduya dəstək üçün cəbhədə olan əsgərlərimizə 53 min manatlıq yardım edib. Anaxeber.info xəbər verir ki, bu haqda partiya sədri İqbal Ağazadə məlumat yayıb. Ümid sədrinin sözlərinə görə, əsgərlərə zəruri olan ehtiyaclar alınıb. İ.Ağazadə yazıb ki, isti geyimlər, corab, əlcək, papaq, su, siqaret və s. ləvazimatlar alınaraq göndərilib. O, dəstək verənlərə təşəkkürünü bildirib və "Qarabağ Azərbaycandır" şüarını paylaşıb.