Livanın paytaxtı Beyrutdan Ermənistanın paytaxtı Yerevana içərisində livanlı muzdlular olan təyyarə uçub. Ermənistan hökuməti həmin muzdlu əsgərləri işğal etdikləri Azərbaycan ərazilərində yerləşdirəcəklər.“İnfo24.ru” xəbər verir ki, Airbus A320-232 təyyarəsinin Livandan Ermənistana uçması barədə xəbəri "Flightradar24” portalı dünyadakı təyyarələrin hərəkətini real vaxtda əks etdirən məlumatla təsdiqləyib.
Mənbələrin məlumatına görə, bu uçuş Ermənistanın Azərbaycan ərazisinə zərbə vurmaq üçün Yaxın Şərq bölgəsindəki "qaynar nöqtələr"dən olan terrorçu döyüşçülərdən və muzdlulardan geniş istifadə etdiyini və xüsusən də bu yolla öz real insan itkilərini gizlətdiyini sübut edir.
virtualaz.org