Kreml bir daha təsdiqlədi QARABAĞ KTMT-DƏN KƏNARDADIR

7-10-2020, 15:00   


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Qarabağa şamil edilmir.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin xatırladıb ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiyanın ölkə qarşısında müəyyən öhdəlikləri var.
"Bu, təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklərdir. Yəni əgər KTMT-yə üzv olan ölkə hansısa təcavüzə, xaricdən hücuma məruz qalırsa, onda müqavilənin iştirakçısı olan ölkələr belə bir dövlətin müdafiəsinə qalxmağa öhdəlik daşıyırlar", - deyə jurnalistlərin suallarına cavab verən D.Peskov vurğulayıb.
Rusiyanın Dağlıq Qarabağda münaqişə zonasına hansı hallarda hərbçi göndərməyə hazır olduğundan danışarkən Prezidentin mətbuat katibi qeyd edib ki, bu, "öhdəlikdən irəli gəlir".
"İndiki halda söhbət Ermənistandan gedir, Prezident bu iki məsələni dəqiq izah edib və bir-birindən ayırıb. KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir", - deyə D.Peskov əlavə edib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.