Şuşada hərbçilərin və polislərin yerləşdiyi binanın darmadığın edilməsi Ermənistanda şok effekti yaradıb FOTO

9-10-2020, 09:02   


Rusiya və Ermənistan mətbuatında iddia olunur ki, Şuşada 600-dək hərbçi və polisin toplandığı bina Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq atışla bombalanıb.
Bu zaman çox sayda hərbçi tələfatı baş verib. Bu barədə rusdilli sosial mediada dərc olunmuş bir yazı diqqətimizi çəkdi.
Musavat.com olaraq həmin yazının tərcüməsini təqdim edirik və qeyd edirik ki, Rusiyanın bir sıra mötəbər saytlarında həmin məkanda 300 polis - hərbçinin məhv edilməsi barədə məlumat yayılıb. Fotolar isə hərbçilərin - polislərin yığışdığı dağıdılmış məkanın qalıqlarıdır:

"Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş Şuşadakı qisas əməliyyatının təfərrüatları
Erməni sosial media istifadəçisi Gagik Soghomonyan yol boyu Paşinyanın ailəsini təhqir edərək ölkə daxilində toplanan və işğal altındakı Azərbaycan ərazilərinə göndərilən 600 nəfərdən ibarət polis qrupuna hücum barədə məlumat verir. Bütün bölmələrin niyə bir yerdə (yerli məktəbin ərazisində!) yığıldığını başa düşmür, bu da eyni vaxtda 22 nəfərin ölümünə və 100 yeni döyüşə gələn işğalçının ağır yaralanmasına səbəb oldu.
“Cənazə mərasimi bütün Ermənistan ərazisində baş verir. Niyə ölənlərin siyahısını dərc etmirsiniz? İstəsəniz edərəm ...", - deyə, Soqomonyan yekunlaşdırır.
Əsas nəticələr:
A) Düşmən Azərbaycanın işğal olunmuş ərazilərində mülki obyektlərdən istifadə etməyə çalışsa da, təhlükəsiz olmayacaq.
B) Mülki hədəflərin çoxu erməni terrorçuları tərəfindən hərbi hədəflərə çevrildi və qanuni hədəflərə endirilən zərbələr nə olursa-olsun haqlıdır.
C) Polis dəstəsi ilk döyüşə başlamazdan əvvəl darmadağın edildi və ruhdan düşdü..."
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.