Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 30-dan çox dinc sakin ağır yaralıdır. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter-hesabında bildirib.“Gecə yarısı Gəncə Ermənistan tərəfdən atəşə tutulub. 3 yaşayış binası dağılıb. Bu vaxta qədər qurbanların sayının 7-dən çox olduğu məlumdur, onlardan biri qadındır. 33 dinc sakin ağır yaralanıb, onların arasında azyaşlılar da var”,-Hikmət Hacıyev bildirib.
O, əlavə edib ki, Ermənistan humanitar xarakterli atəşkəs razılaşmasından fürsət kimi istifadə edərək Azərbaycanın dinc vətəndaşlarına hücum həyata keçirir.
***9.36Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, düşmənin bu gecə Gəncəyə atdığı raketin yaşayış binasına düşməsi nəticəsində yaralananların sayı 28 nəfərdir. Zərbə nəticəsində çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Prokurorluq əməkdaşları hadisə yerində təhqiqat aparır və düşmənin növbəti hərbi cinayətinə dair dəlillər toplayır.Yaralananlar arasında azsaylı uşaqlar və körpələr də var.
***Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.Fövqəladə Hallar Nazirliyindən (FHN)
virtualaz.org-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
**02:36Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.Bu barədə
virtualaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.