Bərdədə də yardım biabırçılığı – İcra başçısı mülki əhali üçün nəzərdə tutulan yardmları niyə zirzəmilərə yığıb?

12-10-2020, 10:54   
 

Bərdənin icra başçısı Vidadi İsayev hətta müharibə şəraitində də qanunsuz əməllərindən əl çəkmir. ANANXEBER.onfo-ya daxil olan məlumata görə, icra başçısı indi də mülki əhali üçün nəzərdə tutulan yardımlarln paylanmasına problem yaradır. Bildirilir ki, bu yardımlar ayrı-ayrı iş adamları tərəfindən gətirilib. “Yardımlar Ağdam və Tərtərdə mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan və bu baxımdan Bərdəyə yerləşdirilən mülki əhali üçün nəzərdə tutulub. Həmin yardımları iş adamları, ayrı-ayrı vətəndaşlar gətirib. Bərdə Rayon İcra Hakimiyyəti isə həmin yardımları yığıb zirzəmiyə, heç kimə vermir. Bütün bunlar şəxsən Vidadi İsayevin göstərişi ilə verir. Yardımlar barədə məlumatı olan vətəndaşların müraciətinə əhəmiyyət verilmir, onlar süründürməçiliyə məruz qalır. Qəsdən belə edilir ki, yardım üçün müraciət edilməsin”, - Bərdədən gələn xəbərlərdə belə deyilir.
Yardımların satılması barədə şübhələr var. Məlumatlarda vurğulanır ki, bu iş Bərdənin bələdiyyə sədri Sadiq Xəlilovun əli ilə həyata keçirilir. Sadiq Xəlilov Vidadi İsayevə yaxın şəxs kimi tanınır.
Bərdə əhalinin ən çox narazılıq etdiyi bölgələrdən biridir. Dövlət Təhlükəsizlik Xidməti (DTX) korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra hakimiyyətlərində xüsusi əməliyyatlar keçirərkən xüsusi xidmət əməkdaşlarının Bərdəyə də “baş çəkəcəkləri” barədə ehtimallar irəli sürülürdü.

AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.