İki həftə davam edən müharibənn gedişində Ermənistan işğalçı qüvvələri Qarabağda hava hücumundan müdafiə vasitələrinin 80 faizdən çoxunu itirib. Virtualaz.org xəbər verir ki, bu haqda aviasiya sferası üzrə ixtisaslaşmış avia.pro Rusiya portalı öz hərbi qaynaqlarına istinadən bildirir.
“Mənbənin məlumatına görə, həmin müddət ərzində Dağlıq Qarabağda kiçik, orta və böyük mənzilli hava hücumundan müdafiə sistemlərinin 80 faizdən çoxu məhv edilib, o cümlədən S-300 PMU “Favorit” zenit-raket kompleksləri”,-sayt yazır.
Mənbə onu da deyib ki, döyüşlərin ilk günlərində həqiqətən Azərbaycan pilotsuz təyyarələrini itirirdi, lakin indi Azərbaycan ordusu heç bir maneə olmadan bütün Dağlıq Qarabağı izləyə bilir. Çünki erməni qüvvələrinin əlində belə hədəfləri izləmək və vurmaq üçün vasitə qalmayıb.
“İki həftə ərzində erməni ordusu Hava Hücumundan Müdafiə sistemlərinin 80 faizini itirib ki, bu da Azərbaycana həmin regionda praktiki olaraq öz aviasiyasını zərbə altına atmaqdan ehtiyat etmədən sərbəst hərəkət etmək imkanı verir. Məhz bu səbəbdən Bakı Qarabağda erməni qüvvələrinin möqelərinə zərbələr endirir, bu zaman raketlərin və zərbə dronlarının vurulmasından qorxmur”,-sayt bildirir.
Həmin sayt onu da yazır ki, Azərbaycan döyüşlərin əvvəlində hiyləgər fəndə əl ataraq Ermənistan ordusunun bütün hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını müəyyənləşdirib. Belə ki, Azərbaycan ordusu sovet dövründən qalma çoxsaylı AN-2 (“Kukruznik”) təyyarələrini pilotsuz uçan təyyarələrə çevirərək onları döyüş meydanına buraxıb, erməni ordusunun hava hücumundan müdafiə sistemləri isə onları döyüş təyyarələri zənn edərək vurub. Əvəzində Azərbaycan düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını müəyyənləşdirib və onları zərbə dronları ilə bir-birinin ardınca məhv edib. Bu yolla erməni qüvvələrinin hətta S-300 zenit-raket komplekslərinin də yeri müəyyənləşdirilib. Onlardan biri döyüşlərin ilk günlərində Xocavəndin Şuşikənd istiqamətndə məhv edilib. İkinsici isə üç gün əvvəl Qubadlı dağlarında vurulub. (Azərbaycan Müdafiə Nazirliyi artıq müvafiq kadrları yayıb,-red.)
“Pilotsuz “kukruznik”in itirilməsi elə də böyük problem deyil. Ancaq əvəzində Azərbaycan ermənlərin S-300 komplekslərinin və digər hava hücumundan müdafiə sistemlərinin yerləşmə rayonlarını müəyyənləşdirib, onlara hücum edərək sıradan çıxarıb.Bu gün Ermənistan iddia edir ki, Azərbaycan cəmi 17 döyüş təyyarəsi itirib. Amma təsdiqlənmiş məlumata görə, cəmi 4 təyyarə itirilib ki, onlar da həmin AN-2 təyyarələridir”,-sayt yazır.
Virtualaz.org