Fransa İran üzərindən Ermənistana silah göndərdi "HUMANİTAR YARDIM" ADI ALTINDA NÖVBƏTİ TƏDARÜK...

12-10-2020, 13:10   


Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.
Bundan əvvəl virtualaz.org dəfələrlə Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşındığı barədə yazmışdı. Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.
Lakin virtualaz.org-a məlum olduğu kimi, Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.
Beləliklə, dünən axşam F-GKXY dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.