Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları türk mediasına əsas gündəm mövzusudur.
Teleqraf.com xəbər verir ki, Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzeti Azərbaycan Ordusunun Qarabağ separatçıları arasında çaxnaşma yaratdığını yazıb.
Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanın qorxusundan sığınacaqda gizləndiyini yazan nəşr qeyd edir:
“Azərbaycanın işğal olunmuş əraziləri qurtarmaq üçün başlatdığı əməliyyatlarda istifadə etdiyi Türkiyə istehsalı olan Pilotsuz Uçan Aparatları (PUA) tarazlığı dəyişdi. Qondarma respublikanın “lideri” Araik Arutyunyan hədəf olmamaq üçün ətrafındakılarla sığınacaqda görüşdü”.
Qəzet yazır ki, Azərbaycan Ordusunun əməliyyatlarında yer alan türk PUA-larının Ermənistan ordusuna vurduğu ağır zərbələr Qarabağ separatçıları arasında çaxnaşma yaradıb:
“Qondarma respublikanın “lideri” Araik Arutyunyanın türk PUA-larının hədəfinə çevrilməmək üçün sığınacaqda gizlənməsi kameraların obyektivindən yayınmayıb”.