“Birləşmiş Millətlər Təşkilatının 2014-dü ildə qüvvəyə minən Silah Ticarəti haqqında bir konvensiyası var. Belçikadan, Fransadan, İslandiyadan və s. Ermənistana silah göndərilməsinə dair xəbərlər doğrudursa, onda bu ölkələr həmin konvensiyanı pozmuş sayıla bilərlər”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli qeyd edib.
O bildirib ki, konvensiya iki halda pozulmuş sayıla bilər: “Birincisi, həmin ölkələr konvensiyanın iştirakçılarıdır. İkincisi, konvensiyada silah ticarətinin dövlətlərin ərazi bütövlüyünə qarşı yönəldilməməsi ilə bağlı prinsip vardır”.
Deputatın sözlərinə görə, Azərbaycana silah satan ölkələr konvensiyanı pozmuş sayıla bilməzlər: “Çünki konvensiyanın prinsiplərindən biri və birincisi - dövlətlərin ayrılmaz olan özünü fərdi və ya kollektiv müdafiə haqqıdır. Azərbaycan da bu haqdan yararlanmağa çalışır”.
Millət vəkili vurğulayıb ki, Rusiya bu konvensiyanın üzvü deyil.
Zümrüd