Azərbaycan Ordusunun generalı Polad Həşimovun qətlə yetirilməsində iştirak edən erməni hərbçi Ruben Sanamyan məhv edilib.Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
44 yaşlı kapitan Sənəmyan Ermənistan ordusunun "ulduz"larından sayılırdı.
Hətta Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə ona milli qəhrəman adı verilmişdi.
Qeyd edək ki, oktyabrın 1-də R.Sənəmyanın ağır yaralanması barədə xəbər yayılmışdı.
Musavat.com