“Oğlunu təşər-təşər Qarabağa göndərmişdin” – Həcv

18-10-2020, 10:23   


Mən orta məktəbdə oxuyanda çox tərbiyəli uşaq olmuşam. Söyüşcül olmamışam – bir kənd uşağı nə dərəcədə söyüşcül olmaya bilərsə...
Amma sonradan elə situasiyalar yaranır ki, adam hirsindən, hikkəsindən biədəb sözlər danışmalı olur. Mütəxəssislərin fikrincə, elə olmalıdır, hirs-hikkə adamın içindən nəsə bir yolla çıxmalıdır ki, ürək soyusun.Yoxsa pis olar.
Bildiyimə görə, söyüşcül adamlar arasında infarktdan ölmə halları tərbiyəli adamlara nisbətən qat-qat azdır.
Bunu yazmaqda məqsədim söyüşcüllüyü təbliğ etmək deyil, dünən yazdığım söyüşlü həcvə bəraət qazandırmaqdır.
Gəncədə erməni raketilə vurulan insanların faciəsi ürəyimi o qədər ağrıtdı və qəlbimə elə bir hirs doldurdu ki, inandığınız haqqı, o həcvi yazmasaydım, bu gün həmkarların yarısı “Füzulidən olan tanınmış köşə yazarı rayonunun işğaldan azad olunması xəbərini aldı, ürəyi dözmədi”, bir yarısı da “Tanınmış jurnalist doğma rayonuna sağ-salamat gedə bilmədi” (iraq-iraq) kimi yazılar yazacaqdılar.
Amma həqiqət bundan ibarətdir ki, Gəncədə öldürülən körpələrə və yeniyetmə qıza görə sarsılmışdım. Yaxşı ki, ardınca şad xəbərlər, xüsusilə də cəbhədən qisas xəbərləri gəldi, bir az toxtadım. Ardınca da götürüb bu həcvi yazdım. Aşağıda tamamını təqdim edəcəyəm.
Onu da deyim ki, adı çəkilməyən mürtəd, mənfi hərbi cani bundan yüz qat artıq həqarətli ifadələri haqq edir. O, körpə qatilidir, hər cür pis sözlərə layiqdir.
Həcv belədir:
Ağzına aldın şillə, dur, silkin, get, köpəyoğlu,
Şərəfsiz, murdar, alçaq, zırrama, küt köpəyoğlu.
On beş il əvvəl idi, “sülh-sülh” deyə banlayırdın,
Baş nazir olan kimi oldun qara büt, köpəyoğlu.
2.JPG (78 KB)
Şuşada palaz üstə ağnamışdın, yadındadır?
Bəlkə də orda oldun bu cür meningit, köpəyoğlu.
Çox deyirdin, “bizimdir, bizim olacaq Qarabağ”,
Gülürdün bambılı tək, belə, şit-şit, köpəyoğlu.
Hardandı səndə o cür yarım milyardlıq raketlər,
Acından gündüz duran, yoxsul, yolçu, lüt köpəyoğlu?
3.jpg (74 KB)
Oğlunu təşər-təşər Qarabağa göndərmişdin,
İndi yəqin qorxudan olubdur anqut, köpəyoğlu?
Annan da uzanıban bizə silah tuşlamışdı,
Yanında qoruqçular durmuşdu cüt-cüt, köpəyoğlu.
4.jpg (381 KB)
Üç həftədir əlindən düşmür mobil telefonun,
Zəng vurursan, cavabın olur “dud-dud”, “net”, köpəyoğlu.
Qapazları yedikcə başın çönür tamam-kamal,
Qənim olar sənə bir təzmiş raket, köpəyoğlu.
O dəfə çox yalvardın, atəşkəs etdik, qudurdun,
Bəs hanı öyündüyün Füzuli, Hadrut, köpəyoğlu?
“Müvəqqəti humanitar atəşkəs” sazişinin əldə olunmasından sonra isə həcvə daha bir bənd əlavə eləmişəm, amma bu yerini rusca:
“Budu izlojit yasno, çtob tı ponyal, nakonets,
Vıydi iz naşey zemli, raz xoçeş jit, kopekoqlı”.
1.jpg (8 KB)
Bax, beləcə. Təvazökarlıqdan Berdzor (oranı da azad edib Laçına çevərcətik, inşallah) qədər uzaq olsa da, ümid edirəm, razılaşarsınız ki, yaxşı və yerində yazmışam. O vaxt, II dünya müharibəsində də yazıçı, şairlərimiz Hitlerə dair belə şeylər yazırdılar. Məsələn, biz uşaq olanda bayatıya bənzər şeirlər var idi:
“Göydən bomba atdılar,
Hitleri dombaltdılar”.
İndiki dövrdə elə şey yazsaq, belə düzüb-qoşa bilərik:
“Göydən şığıdı dron,
Murdar oldular on-on.
Putin seyrçi qaldı,
Özünü cırdı Makron”.
Yuxarıdakı həcvdə gözünüzə sataşan bir söz (“anqut”) sizə çöçün gələ bilər. Amma bu, ermənicə “yuxusuz” deməkdir. Yəqin ki, Paşinyanın əsgərliyinin yarısını Qarabağda çəkən və sonra aradan çıxan oğlunun yuxusu ərşə çəkilib, qorxur ki, onu da döyüşə göndərərlər, drona tuş gələr.

Samir SARI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.