Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və Saakyan həyacanlı xəbəri çatdırmaq üçün Yerevana qaçdı PAŞİNYANLA GÖRÜŞÜBLƏR, DETALLAR AÇIQLANMIR

20-10-2020, 14:22   


Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada Xankəndindən Yerevana gediblər. Və orada baş nazir Nikol Paşinyala görüşərək Qarabağda döyüş əməliyyatları zonasındakı vəziyyəti müzakirə ediblər. Bu haqda “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.
Məlumata görə, Qukasyan və Saakyan Yerevana həyacanlı xəbərlərlə gediblər. Həmin xəbərləri Paşinyan bir neçə saat əvvəl Yerevanda siyasi partiya nümayəndələri ilə görüşdə çatdırıb. Lakin ermənilər üçün bu bəd xəbərlərin nədən ibarət olduğunu heç kim açıqlamır.
Paşinyanın mətbuat katibi Mane Gevorkyan əvvəlcə Qukasyanın və Saakyanın gəlişi haqda informasiyaya malik deyil. Lakin qəzet daha sonra qondarma rejimin keçmiş rəhbərlərinin maşınlarının hökumət binasının həyətindən çıxarkən görüntülərini təqdim edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.