Rusiyalı kvazijurnalist və bloqer, erməni mediamaqnat Aram Qabrielyanova işləyən Semyon Peqov Azərbaycan ordusunun sürətlə irəlilədiyini görərək Qarabağdan çox uzaqlara qaçıb. Virtualaz.org xəbər verir ki, bu haqda Peqov özü abunəçilərinə xəbər verib.Xatırladaq ki, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başlamasından az sonra “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqov Dağlıq Qarabağda peyda oldu. O, qondarma “dqr ordusunun” hərbi formasında və şevronlarında döyüş postlarını dolaşır, ermənilərin döyüş ruhunu qaldırmağa çalışırdı və bəzən Ermənistan Müdafiə Nazirliyini də qabaqlayaraq erməni ordusunun cəbhədəki ağır itkilərini, bu və ya digər yaşayış məntəqəsini əldən verdiyini təkzib etməyə çalışırdı.
Məsələn, Azərbaycan ordusu Hadrut şəhərinin ətrafındakı bütün yüksəklikləri tutub şəhərə daxil olanda Peqov inadla bunun yalan olduğunu iddia edirdi. Epizodlardan birində isə o, Ermənistan Müdafiə Nazirliyinin baş təbliğatçısı Arsurun Ovanisyanla birlikdə Hadrut və Füzuli həndəvərinə qədər gələrək “erməni özünümüdafiə dəstələrinin şücaəti” haqda reportajlar verirdi. Və çox keçmədən Azərbaycan ordusu Hadrutu yarıb keçərək daha bir neçə yaşayış məntqəsini azad etdi və Peqov daha cəbhənin cənub istiqamətində görünmədi.
Azərbaycan hüquq-mühafizə orqanları Peqovun barəsində terrorçuluğa açıq çağırış, dövlətə qarşı açıq çağırışlar, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə cinayət işi qaldırıb. Görünür Azərbaycan ordusunun cənubdan Laçına doğru irəliləməsi Peqovu Qarabağdan itilib getməyə məcbur edib. Sosial şəbəkələrdəki son qeydlərinə əsasən bu muzdlu hazırda Xabarovskdadır.
Virtualaz.org