Saxtakar erməni marşalların saxtakar xələfi – Araikin Putinə saxta faktlarla dolu məktubu

24-10-2020, 09:44   




Ermənilərə yaxından bələdliyi olan ölkələrin, eləcə də bizim leksikonumuzda “erməni saxtakarlığı” deyilən bir söz birləşməsi var. Bu, boş yerdən, qərəzdən uydurulan bir şey deyil.

Gerçəkdən də erməni saxtakarlığı qədim dövrləri, orta əsrləri və yeni dönəmi dərindən əhatə edir. İnsan fəaliyyətinə aid olan bütün sferalarda erməni millətindən olan şəxslər mütləq orada bir saxtakarlıq, təhrif, plagiat və s. edir.
Onlar bu cür saxtakarlıqlarla özlərinin “ən qədim millət” olduqlarını, qədim dövrlərdə böyük dövlət qurduqlarını artıq dünyanın bir yarısının boynuna qoyublar. Uydurma “erməni genosidi” məsələsi də həmin qəbildəndir.
Erməni saxtakarlığı sərhəd tanımır, bu gün də davam edir. Həm də ermənilər bu cür saxtakarlıqlarının ifşa olunacağından qorxmurlar, yalan dolu iddialarını irəli sürür, kiminsə bunu araşdırıb həqiqəti ortaya çıxaracağından qorxmurlar. İndiki internet əsrində, bilgi axtarışı üçün əlverişli mobil resursların əlçatan olduğu dönəmdə isə bunu etmək çox asandır.
Məsələn, Qarabağın erməni icmasının oyuncaq lideri, süqutuna sayılı günlər qalan “ikinci erməni dövlətinin prezidenti” Araik Arutyunyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə ünvanladığı yalvarış dolu məktubda xeyli saxtakarlığa yol verib.
Öncə onu deyək ki, Arutyunyan Putindən Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçün əlindən gələn hər şeyi etməyi xahiş edir. Bu zaman o, öz xalqının oğullarının Rusiya üçün fövqəladə xidmətlər göstərdiyini xatırladaraq, bir növ Putinə minnət qoyur.
Arutyunyan keçmiş SSRİ dönəmində böyük vəzifələr tutmuş, ali rütbələr və ad-san qazanmış xeyli adamın əslən “Qarabağ ermənisi” olduğunu iddia edərək Putini və başqalarını aldatmaq istəyir.
Onun “Dağlıq Qarabağ əsilli” elan etdiyi adamların siyahısında 5 sovet marşalı var. Onlar aşağıdaklardır: İvan Baqramyan, Sergey Xudyakov, İvan İsakov, Amazasp Babacanyan və Sergey Aqanov.
Öncə adları çəkilən adamların özlərinin etdiyi saxtakarlığa baxaq.
İvan Xristoforoviç Baqramyan kimi tanıdığımız sovet marşalının əsl adı Ovanesdir, atasının adı isə Xaçaturdur. Bu adam karyera naminə öz adını da, atasının adını da dəyişib. Onun Dağlıq Qarabağla bağlılığı yoxdur, 1897-ci ilin 20 noyabrında Yelizavetpol quberniyasının Çardaxlı kəndində (indiki Şəmkir rayonunda) doğulub, 1978-ci ildə Moskvada ölüb.
Баграмян Иван Христофорович.jpg
İvan Xristoforoviç Baqramyan (Ovanes)
İvan Stepanoviç İsakov kimi tanınan marşalın əsl adı Ovanes Ter-İsaakyan olub. O da karyera naminə adını dəyişib, soyadını yonub, özünü ruslaşdıraraq qabağa gedib. İsakov da Dağlıq Qarabağa aidiyyatı olmayan məkanda, indiki Göygöl rayonunun Hacıkənd qəsəbəsində doğulub.
Amazasp Xaçaturoviç Babacanyan öz adını, atasının adını və soyadını dəyişməyib, amma o da Qarabağdan uzaqda, Şəmkirdə, Baqramyanla eyni kənddə anadan olub (1906-1977).
Creators of Victory. One of the three
Ovanes Ter-İsaakyan
Sergey Aleksandroviç Xudyakovun ad-siyadını oxuyan kim deyər ki, o ermənidir? Heç kim. Ancaq o, ermənidir, sadəcə, əsl ad-soyadı Armenak Artyomoviç Xanferyans olan bu marşal eyni motivlərlə ad-soyadını dəyişdirib. Adları çəkilənlərin içində yalnız o, Qarabağda, indiki Xocavəndin Mestağlar kəndində doğulub (1901-1950).
Sergey Xudyakov — Vikipediya
Armenak Artyomoviç Xanferyans
Sergey Xristoforoviç Aqanovun əsl adının və atasının adının nə olduğu bilinməsə də, soyadı heç də Aqanov olmayıb, Ohanyan olub. O da ad-soyadını dəyişərək, özünü rus millətinə yamayıb, hərbi karyera qurub. Aqanov 1902-ci ildə Həştərxanda doğulub, 1996-cı ildə Moskvada ölüb. Onun sənədlərində rus millətindən olduğu qeyd olunub, ancaq 1990-cı ildən sonra ermənilər onu həm erməniləşdiriblər, həm də babasının Dağlıq Qarabağdan Həştərxana getdiyini iddia ediblər.
111.jpg (11 KB)
Sergey Xristoforoviç Aqanov (Ohanyan)
Beləliklə, 5 marşaldan yalnız biri “qarabağlı”dır, qalanı ordan-burdandır.
Arutyunyanın Putinə məktubunda adları “Qarabağ ermənisi” kimi çəkilənlər yalnız yuxarıdakılar deyil. Aşağıda başqaları da var.

Arutyunyan iddia edir kİ, adı bütün sovet adamlarına yaxşı tanış olan inqilabçı, partiya və dövlət xadimi Anastas Mikoyan (1895-1978) və onun aviakonstruktor qardaşı Artyom Mikoyan (1905-1970) “Qarabağ əsillidir”. Bu adamların vikipediyasında isə onların Borçalı qəzasının Sanain kəndində doğulduğu yazılır.
Bundan başqa, sənədlərdə iki qardaşdan birinin atasının adı İvan, digərinin atasının adı Ovanes göstərilir. Heç demə, Ovanesin oğlu kimi qeyd edilən şəxsin əsl adı Artyom deyil, Anuşevandır. Yenə çarpaz saxtakarlıq. Biri öz adını dəyişdirib, o biri atasının adını.
Arutyunyanın Putinə “qarabağlı bəstəkar Mikael Leonoviç Tarıverdiyev (1931-1996) kimi təqdim etdiyi şəxs isə Tiflisdə doğulub, Moskvada yaşayıb, Soçidə ölüb.
Onu da qeyd edək ki, sovet dönəmində hərbi sahədə, siyasi arenada, mədəniyyət, incəsənət, hətta idman sferalarında ermənilərin birdən-birə boy göstərib parlamasının, yüksək mövqelər tutmasının əsl səbəbiKremldə kök salmış Anastas Mikoyanın hesabına olub. Onun millətçilik damarı son həddə qədər yoğunlayıb və o, əli girən hər yerə öz millətinin övladlarını yerləşdirib, onları himayə edib.
Göründüyü kimi, erməni icmasının lideri Arutyunyan sovet dövründə məşhur olmuş ermənilərin bioqrafiyasına dair saxtakarlıq edərək onları “özününküləşdirir” və o, bunu heç də təsadüfən etmir. O, bunları yazaraq, üstəlik, sovet-alman müharibəsində Dağlıq Qarabağdan 90 min erməninin döyüşdüyünü vurğulayaraq, ona eyham edir ki, Qarabağ erməniləri rusların ağır günündə vuruşduqları kimi, bu gün də ruslar ermənilərin dar günündə köməyə gəlməyə borcludurlar.
Bəs 1941-45-də Qarabağdan müharibəyə nə qədər döyüşçü gedib?
Müharibə ərəfəsində Dağliq Qarabağ Muxtar Vilayətində 132 min civarında erməni yaşayıb. Bunların tən yarısı qadınlar olubsa (və mütləq belədir), kişi sayı 66 min olur. Bu 66 min kişidən 1-18 yaşlı uşaq və yeniyetmələri, eləcə də yaşı 50-ni keçən yaşlıları çıxsaq, 66-ını da ikiyə bölmək lazım gəlir. Hərbi xidmətə yarasızları, müxtəlif vasitələrlə müharibədən yayınanları, eləcə də möhlət hüququ (“bron”u) olanları nəzərə alsaq, aydın olur ki, Dağlıq Qarabağdan ən çox 25 min adam müharibəyə gedib. Lap olsun, 30 min. Bəs bu 90 min haradan çıxdı? Oradan ki, ermənilər hər şeyi 3-5 dəfə şişirtməyə çoxdan vərdiş ediblər və “1,5 milyon genosid qurbanı” statistikası da bu şakərdən doğub.
Araik Arutyunyanın saxtakarlığı bunlarla bitmir. O, məlum məktubunda qeyd edir ki, 19-cu əsrin ikinci yarısında “Artsax”ın inzibati və siyasi mərkəzi olan Şuşa şəhəri bütün Qafqazda mühüm mədəni və iqtisadi mərkəzlərdən biri olub.
1752-ci ildə Pənahəli xan tərəfindən binəsi qoyulandan ta 1992-ci ildə işğal olunana qədər əhalisinin 98 faizi Azərbaycan türklərindən ibarət olan Şuşanın ermənilərə, “Artsax”a nə dəxli var? Ermənilər bu şəhərdə yalnız xanın, xanzadələrin, bəylərin saray və imarətlərində nökər-qaravaş, mehtər işi görüb, ən yaxşı halda dərzilik, bənnalıq, xarratlıq ediblər.
Beləcə, özünü “DQR prezidenti” kimi təqdim edən şəxs dünyanın ən qüdrətli dövlətlərindən birinin başçısına saxta faktlar və iddialarla dolu məktub göndərməkdən utanmır, ehtiyat etmir.
 

Xalid KAZIMLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.