Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək və eyni zamanda da onu aldatmaq üçün müxtəlif səpgili uyuşdurucu nağıllar oxuyur.Ermənistanın hərbi rəhbərliyi və jurnalistikası cəbhədəki məğlubiyyətlərini öz ictimaiyyətlərinə necə çatdırmaq barəsində baş sındırırlar. Əsasən susurlar və məğlubiyyət sözünü qəti şəkildə işlətmirlər, deyirlər ki, döyüşlər gedir və mövqelərdən
“taktiki geri çəkilmə” edirlər. Minlərlə əsgərin məhv olması, böyük sayda texnikanın sıradan çıxması və beş rayon ərazisindən vurub çıxarılmaq - taktiki geri çəkilməymiş…
Erməniləri boş və uğursuz mübarizəyə həvəsləndirmək naminə səfeh fantaziyalarını işə salanlar,
Göbbelssayağı sayıqlamalarını artırıblar. Rusiyadakı bəzi ermənipərəst hərbi ekspertlər tarixdən müxtəlif nümunələr gətirərək, ermənilərin döyüş meydanındakı uğursuzluqlarının fəlakət olmadığını vurğulayırlar. Bilirik ki, tarixdəki bütün analogiyalar qüsurludur. Düzdür, tarixi paralellər aparmaq yoluyla analiz etmək qəbahət və səhv sayılmır.
Ancaq müqayisə olunmaz şeyləri müqayisə etmək yoluyla yox! Məsələn, belə sofistik ekspertlər daha çox 1973-cü ildəki İsrail-Ərəb müharibəsini nümunə çəkirlər. Həmin müharibə zamanı Misir qoşunları Süveyş kanalını keçərək Sinay yarımadasında sürətlə irəliləmələrinə baxmayaraq, sonda məğlub olmuşdular. Daha deyilmir ki, İsrailin güclü aviasiyası vardı və həm də ABŞ onlara kömək edirdi. - Azərbaycan ordusunın uğurlu hərbi əməliyyat planıÖzlərinə təskinlik verənlərin digər arqumentləri guya ki, Azərbaycan ordusunun
"ildırım sürətli" qələbəsinin baş tutmamasıdır. Erməni boşboğazları bildirirlər ki, bəs, Azərbaycan
"blitskriq" (ildırım sürətli qələbə) edə bilmədi və ona görə də, istədiyinə nail olmayıb.
Daha söyləmirlər ki, axı, Azərbaycan bizi əzərək işğal etdiyimiz ərazilərdən çıxarıb, hələ üstəlik Dağlıq Qarabağın dağlıq rayonlarındakı xeyli sayda yaşayış məskənlərini də işğaldan azad edib. Azərbaycan ordusu qətiyyən "blitskriq" planı barədə düşünməyib (Blitskriq deyəndə, ermənilər bir həftə müddəti nəzərdə tuturlar). Bunu ordumuzun hücum taktikasından aydın görmək olur. Çünki ərazinin relyefi, düşmənin 30 il ərzində qurduğu müdafiə istehkamları və işğal altındakı torpaqlarda cəbhə xəttinin genişliyi belə bir əməliyyat planı qurmağı mənasız edirdi.
Azərbaycanın əsas strateji məqsədi bütün işğal ərazilərini təmizləməkdir. Döyüşlərin xarakterinə uyğun olaraq, taktiki gedişlərdə dəyişiklər aparılması tamamilə labüddür. Ən asası odur ki, artıq ordumuz düşmənin nə edəcəyini, necə davranacağını, hansı çirkin anti-humanitar əməllər törədəcəyini və həmçinin, hansı təbliğat vasitələrinə əl atacağını yaxşı bilir. Necə deyərlər, biz düşməndən bir addım, bəzi hallarda isə hətta bir neçə addım öndəyik.
Biz bütün detallarına kimi yaxşı tərtib edilmiş hərbi-taktiki əməliyyat planı üzrə irəliləyirik.- Ermənistan ordusu nələrəri planlaya bilər?İndi ermənilər deyirlər ki, biz uzunmüddətli müharibəyə hazırıq və əsas döyüşlər dağlıq ərazilərdə gedəcək. Onlar əsgərlərinə bildirirlər ki, nəyin bahasına olursa-olsun, qış düşənədək dözməlisiniz. Çox güman ki, Ermənistan rəhbərliyi müəyyən hərbi-siyasi plan üzərində işləyir. Düşünürlər ki, bu, onlara kömək edəcək. Hər halda düşmənin nə edəcəyini müxtəlif variantlar üzərindən proqnozlaşdırmaq və perspektivdə hadisələrin necə cərəyan edə biləcəyi ehtimalını gözdən keçirmək vacibdir. Paşinyan və eləcə də digər hakimiyyət nümayəndələri artıq onların haray-həşirinin effekt vermədiyini yəqin ki, anlayırlar.
Başa düşürlər ki, özünü yazıq və əzilən xalq kimi təqdim etmək, "türklər bizi qırır" kimi əsassız çığırtılarla dünya ictimaiyyətini aldatmaq çətindir.Ermənilər Laçın dəhlizinin əldən çıxmaması üçün bütün cəbhə perimetri boyu müqavimət göstərməklə yanaşı, Dağlıq Qarabağın içərilərində möhkəmlənmək və təpələrdə mövqe tutmaq üçün sürətlə istehkamlar qurmağa cəhd edəcəklər. Ermənilər hazırda döyüşlər gedən məntəqələri saxlaya biləcəklərinə əmin deyillər, amma oralarda daha çox daynmaqla, nisbətən arxalarda əsaslı yerləşmək üçün vaxt qazanmaq istəyirlər.
Laçın dəhlizinin bizim tərəfimizdən tutulması Dağlı Qarabağdakı hərbi hissələrin mühasirəyə düşməsidir. Ona görə də ermənilər hərbi fəaliyyət teatrının müstəvisini dəyişərək, onun Ermənistan ərazisinə keçirilməsini planlayacaqlar. Başlayacaqlar hayqırmağa ki, ay aman, qoymayın, yazıq və günahsız erməniləri qırırlar.
Ermənistan hərbi rəhbərliyi öz ərazisi tərəfdən Zəngilan, Qubadlı və Laçın rayonları ilə sərhəddə silahlı birləşmələr gətirəcəklər ki, həmin istiqamətlərdən bizə hücum etsinlər. Onların məqsədi Azərbaycan ordusunun Qrabağın içərilərinə doğru yürüməsini ləngitmək və həmçinin bizi nəinki Ermənistanı atəşə tutmağa, hətta onun ərazisinə girməyə təhrik etmək olacaq.Digər tərəfdən ermənilərin
Naxçıvan istiqamətindən də hərəkətə keçməyə cəhd götərməsi və oradakı yaşayış məntəqələrini təxribat xarakterli raket atəşinə tutmaları istisna olunmur. Lakin bunu elə etmək istəyəcəklər ki, günahı tam bizim üstümüzə atsınlar. Onlar bununla Azərbaycanın adekvat cavab verəcəyini gözləyəcəklər.
- Paşinyan çıxılmaz vəziyyətdə çabalayır Müəyyən vaxtdan sonra Ermənistan hakimiyyəti müharibədəki məğlubiyyətin hesabatını vermək məcburiyyətində qalacaq. Təbii ki, günahkarlar Paşinyan başda olmaqla indiki Ermənistan rəhbərliyi olacaq. Ermənilər deyəcəklər ki, sən Qarabağı verdin.
Amma deyən olmayacaq ki, verdin yox, Azərbaycan döyüşərək öz torpaqlarını geri qaytarıb. Hələ üstəlik dılğır "dqr" respublikasının həşəratlar qrupu və onun rəhbəri Araik Arutunyan, keçmiş rəhbərlər Bako Saakyan, Arkadi Qukasyan və sairələri də ittiham ediləcəklər. Hazırda Paşinyan ikili gediş edir. O, bir tərəfdən öncəki prezidentləri də oyuna qoşub, sonradan məsuliyyəti onların da üstünə yıxmaq istəyir. Başqa yandan isə, keçmiş rəhbərlərə hücuma keçir. O, deyir ki, Qarabağın ətrafında vaxtında lazımi səviyyədə müdafiə xətti qurulmayıb.
Ancaq bu abırsız adam hələ iki ay öncə qürrələnirdi ki, Azərbaycan bizim ordumuza qarşı heç nə edə bilməz.Paşinyan fikirləşir ki, Qarabağ əldən çıxandan sonra qışqırmağın xeyri olmayacaq və xalq döyüşlərdə ölən əsgərlərin nə qədər çox olduğunu görəcək.
Həm də onlar Paşinyandan soruşacaqlar ki, sənin siyasətin bizi bu günə qoymadımı? Avantürist və hiyləgər Paşinyan Dağlıq Qarabağın yox, öz canının hayında olacaq. Deməli, xalqı qorxutmaq və ona demək lazımdır ki, mən sizi xilas etdim, əks təqdirdə Ermənistanın özü əldən gedəcəkdi.
Hakimiyyətdəki bütün erməni siyasətçiləri yaxşı bilirlər ki, Azərbaycanın qələbəsi onların hamısının sonu deməkdir. Ona görə də bütün gücləriylə Qarabağda dirənməyə çalışırlar.Paşinyan xalqına son müraciətində təslim olmayacaqlarını elan etməsi də bu müqaviməti təşkil etmək cəhdi idi.Vaqif NƏSİBOV“AzPolitika.info”