Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “CNN Türk” Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur.
Qeyd edək ki, Vladimir Putin Türkiyənin müzakirə masasında əyləşməli ölkələrdən biri olduğunu açıqlamışdı.