Azərbaycan Ordusu yeni mərhələyə başladı - Korotçenko

5-11-2020, 12:58   




Qarabağ Azərbaycandır və bu, müzakirə oluna bilməz. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Xüsusi buraxılış” verilişinin efirində bildirib.
“Rusiyada fəaliyyət göstərən erməni ictimai təşkilatları tərəfindən Ermənistana heç bir yardım çağırılmamalıdır. Bu təşkilatlar rusları Dağlıq Qarabağda Ermənistanın tərəfində vuruşmağa çağırırlar, bu isə yolverilməzdir və bu kimi çağırışlar Rusiya qanunları tərəfindən cəzalandırılır. Analoji çağırışların qarşısı dərhal alınmalıdır”, - ekspert qeyd edib.
İ.Korotçenkonun sözlərinə görə, Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat yeni mərhələyə keçib:
“Döyüş əməliyyatları artıq dağ şəraitində aparılır. Azərbaycanın hərbi komandanlığı səliqəli və eyni zamanda savadlı fəaliyyət göstərir. Beləliklə, işlərin gedişatı elə olmalıdır ki, ya erməni silahlı birləşmələri bütün Azərbaycan ərazilərini tərk edəcək, ya da hərbi əməliyyatlar zamanı orada məhv ediləcəklər. Alternativ belədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.