Co Bayden xalqa müraciət etdi: “ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracam”
8-11-2020, 10:16
“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”. “Report” xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib. Co Bayden bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq. Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər. "Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəm", - Bayden deyib. “Seçkidə mənə qələbəni seçicilər verdilər”, - deyə o qeyd edib. Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib. Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibət bəsləməməyə çağırıb. "Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratiklər-red) və ya "qırmızılar" (respublikaçılar-red) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq", - Co Bayden xalqa müraciətində vurğulayıb.
"Donald Trampa səs verənlər, mən sizin bu axşamkı məyusluğunuzu anlayıram. Mən özüm bir neçə dəfə uduzdum. Amma gəlin indi bir-birimizə şans verək. Sərt ritorikanı təxirə salmaq, dərəcəni azaltmaq, bir-birimizi yenidən başa düşmək, dostun yenə dosta qulaq asmaq vaxtıdır", - o çıxışında deyib. Bundan başqa, Bayden ABŞ-da irqçiliyin məhv edilməsi üzərində işləməyə söz verib. O, qeyd edib ki, ölkənin yeni vitse prezidenti olacaq Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək. Demokrat namizəd planetin iqliminə nəzarəti ələ alacağını da vəd verib. Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokrat Co Baydenlə hazırkı prezident Donald Tramp dövlət başçısı postuna əsas iddialı olublar. Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.