Rusiya hökumətində azı 4 nazir vəzifəsini itirəcək.Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, bu gün Prezident Putin Energetika naziri Aleksandr Novak, Ətraf mühit və Təbii Ehtiyatlar naziri Dmitri Kobılkin, Tikinti naziri Vladimir Yakuşev və Nəqliyyat naziri Yevgeni Ditrixi istefaya göndərəcək. Novak Baş nazirin müavini olacaq.
Onun yerinə isə "İnter holdinq”in rəbəri Boris Kovalçukun gətiriləcəyi deyilir. Tikinti nazirini İrek Fayzullin əvəzləyəcək. Ətraf mühit və Təbii Ehtiyatlar naziri vəzifəsinə isə Aleksandr Kozlov təyinat alacaq. O, indiyə qədər Uzaq Şərq və Arktika üzrə Nazirliyə rəhbərlik edib.
Xəzər
Cebhe.info