Ermənistan rəhbərliyində Qarabağ məğlubiyyətinə görə məsuliyyətin “bir-birinin üzərinə atma” prosesi davam edir.“AzPolitika.info” xəbər verir ki, bu dəfə Paşinyan niyə bir neçə gün əvvəldən razılaşdırılmaqda olan sənədin vaxtında cəmiyyətə açıqlanmadığına dair suala cavav verib. Baş nazir bildirib ki, razılaşma barədə daha əvvəl məlumat verilməsi
“döyüş qabiliyyətini azalda bilərdi”.Daha sonra Paşinyan bu qərarı ordunun təkidilə qəbul etdiyini bildirib:
“Ordu deyirdi ki, dayanmaq lazımdır. Çünki elə suallar vardı ki, onların həlli perspektivi yox idi. Ona görə ki, resurslarımız tükənmişdi.”Paşinyan deyib ki, cəbhədə bir aydan çox döyüşən hərbçilər vardı və onları əvəz edəcək resurslara malik deyildilər:
“Hərbi resurslar hər şeydə effektiv deyildi. Öndə döyüşənləri əvəz edəcək qüvvə yox idi.”Baş nazir əslində bu etirafları ilə Azərbaycan Ordusunun Ermənistan ordusunu sözün əsl mənasında məhv etdiyini, erməni tərəfinin böyük sayda itki verdiyini təsdiqləmiş olub.
Cəlal“AzPolitika.info”