Dağlıq Qarabağ münaqişəsi zonasında olan Rusiya sülhməramlı qüvvələrinin komandiri general-leytenant Rüstəm Muradov ilə Ermənistan müdafiə naziri və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi arasındakı danışıqların bəzi təfərrüatları məlum olub.
Publika.az-ın məlumatına görə, Rusiya sülhməramlı qüvvələrinin qərargahındakı bir mənbə RİA "Novosti"yə bildirib ki, korpus komandiri Ermənistanın hərbi rəhbərləri ilə missiyanın təfərrüatlarını müzakirə edib.
"Tərəflər təhlükəsizlik məsələləri daxil olmaqla, Laçın dəhlizi və Dağlıq Qarabağda sülhməramlı qüvvələrin gətirilməsi və müşahidə məntəqələrinin yaradılması ilə bağlı müxtəlif məqamları müzakirə ediblər", - mənbə bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan Müdafiə Nazirliyi ilə də qarşılıqlı fəaliyyət təşkil edib.
Qeyd edək ki, görüş ötən gün İrəvanda baş tutub.
Zümrüd