Azərbaycanla Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandırılması Türkiyə və Rusiyanın birgə səyləri ilə mümkün olub. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsi BMT və ATƏT qərarlarına baxmayaraq 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş durumda idi. Problemi həll etmək məqsədi ilə qurulan Minsk Qrupu həmsədrləri isə işğala son verilməsi nöqtəsində indiyə qədər təəsüf ki, heç bir addım atmamışdı. Rusiya Federasiyası ilə ortaq səylərimiz nəticəsində əldə edilən anlaşma ilə (9 noyabr üçtərəfli bəyanatı) həm şiddətli toqquşmaları dayandırdıq, həm 30 ildir soyuducuda saxlanılan problemin həllinə dəstək verdik”,- Ərdoğan videokonfrans formatında keçirilən G20 sammitində çıxışında deyib.
Onun nitqini Türkiyə KİV-ləri dərc edib.
Virtualaz.org