Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

"Bu dərmanı qəbul etməyin"-Tanınmış həkimdən HƏYƏCAN TƏBİLİ

23-11-2020, 12:52   


"Bu dərmanı qəbul etməyin"-Tanınmış həkimdən HƏYƏCAN TƏBİLİ

“Ciddi şikayətləriniz-boğulma, təngənəfəslik, hərarətin 38,5-dən yuxarı olması, biruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15%-dən çox deyilsə və şikayətləriniz proqressivləşmirsə (artmırsa) antibiotik qəbul etməyin!”.
Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib. O bildirib ki, antibiotiklər virusa heç bir təsir etmir: “Antibiotiklər o zaman istifadə edilməlidir ki, prosesə bakteriyalar qoşulur, onun da əsas əlamətləri yuxarıda saydıqlarımızdır.

Lazım oldu-olmadı apteklərdən antibiotikləri və digər dərman preparatlarını alıb evə doldurmayın! Bu dərmanlara həqiqi ehtiyacı olan çox insanlar var ki, dərman tapa bilmirlər. Ağır və dərman preparatlarına çox ehtiyacı olan insanları düşünək lütfən, onların ehtiyacı çoxdur”.
Həkim süni qiymət artımı edən apteklərə də səslənib: “Apteklərdən xahiş edirəm süni qiymət artımı etməsinlər! Belə ağır məqamda xeyir güdmək olmaz.Yalnız tibbi maskalardan istifadə edin. Dekorativ və digər maskalardan istifadə etməyin”.
Semra Ələkbərli
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar