Fransa hökuməti Qarabağı tanımadığını bildirir

26-11-2020, 09:16   


Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine hesab edir ki, separatçı Dağlıq Qarabağın birtərəfli tanınması heç bir tərəfə fayda verməyəcək.
Virtualaz.org-un məlumatına görə, o, müvafiq açıqlamanı Fransa Senatı tərəfindən hökumətdən separatçı quruluşu tanımağı xahiş edən qətnamənin müzakirəsi zamanı verib.
Fransa Xarici İşlər Nazirliyinin rəsmisi "Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək" deyib. Onun sözlərinə görə, bu "Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil".
Jean-Baptiste Lemoine
O, Ermənistan da daxil olmaqla, heç bir dövlətin Dağlıq Qarabağı tanımadığını xatırladıb. Lemoine, "Fransa yalnız tərəflərin hər birinə güvəndiyi təqdirdə vasitəçi rolunu oynaya bilər. Qarabağ problemi birtərəfli jest nəticəsində yox, yalnız tərəflər arasındakı dialoq nəticəsində həll oluna bilər" deyib.
"Bu gün, heç əvvəl olmadığı kimi, tərəflər bu dialoqu davam etdirmək üçün Minsk Qrupu həmsədrlərinin dəstəyinə ehtiyac duyurlar" deyən diplomat, "simvolik olaraq tanınmanın sülh prosesi üçün heç bir fayda verməyəcəyini" vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Fransa Senatı səs çoxluğu ilə hökumətdən separatçı Artsaxı tanımağı xahiş edən qətnaməni  təsdiqləyib. Sənəd məsləhət xarakterlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.