Ermənilər Paşinyanı niyə devirmir? – 3 şok səbəb

30-11-2020, 13:30   




4 il ərzində beynəlxalq güclərin dəstəyi ilə işğal etdiyi torpaqları 30 ildən sonra cəmi 44 gündə itirən ermənilər, özlərinin də dedikləri kimi, tarixlərinin ən ağır, rüsvayçı məğlubiyyətlərini yaşayırlar. Ermənistan ordusu darmadağın edilib, az qala, döyüşə göndərməyə tank, qırıcı, hərbi maşın tapa bilmirdilər. Yəqin, bəşər tarixində heç bir ordu qısa müddətdə bu cür darmadağın edilməyib.
Fikrimcə, Ermənistanın bu ağır məğlubiyyətə uğramasının başlıca səbəbkarı ağılsız, populist fikirləri ilə Azərbaycanı müharibəyə təhrik edən Baş nazir Nikol Paşinyandır. Amma qəribədir ki, erməni cəmiyyətinin bir qismi hələ də Nikola etimad bəsləyir. Onun reytinqinin 30 faiz civarında olduğunu beynəlxalq reytinq təşkilatları yenicə açıqlayıb.
Ölkədə Nikolun istefası üçün keçirilən aksiyalara gözləniləndən xeyli az insan toplaşır. Hətta erməni rejissor Mqer Mkrtçyan deyib ki, İrəvanda taksi üçün gediş haqlarının artırılması əleyhinə etirazlara kapitulyasiya haqqında razılaşmaya qarşı etirazlardan daha çox insan toplaşmışdı.
Sanki erməni cəmiyyəti Paşinyanın hakimiyyətdə qalmasına, kapitulyasiya imza atmasına razıdır. Bunun bir neçə səbəbi ola bilər, amma biz əsas ehtimalları yazaq:
1. Ermənilər dildə “biz Azərbaycana bir kənd belə verməyəcəyik” desələr də, əslində, altşüurda bu torpaqların onların olmadığını bilirdilər. Və başa düşürdürlər ki, bir gün Azərbaycan xalqı özünün olanı almağa gələcək.
Buna görə də ermənilər labüd bir şeyin baş verdiyini anlayırlar və bu reallıqla barışmalı olduqlarını qəbul edirlər.
2. Erməni cəmiyyəti öz yaralarını sarımaqla məşğuldur. 10 mindən çox itkisinin, yaralı, itkin, əsirlərinin hayındadırlar. Ona görə də indi onu hakimiyyətdə Paşinyanın, ya da qeyri birisinin olması o qədər də maraqlandırmır.
3. Ermənilər Azərbaycan Ordusunun ağlasığmaz qəhrəmanlığı qarşısında mat vəziyyətinə düşüblər. İrəvana daşınan minlərlə meyit erməni cəmiyyətinə şok yaşadıb. Ermənilər qorxurlar ki, onlar Paşinyanı devirərlər, yerinə gələn şəxs kapitulyasiyanı pozaraq Azərbaycanı yeni müharibəyə təhrik edər. Bu isə erməni cəmiyyəti üçün növbəti dəhşətə, əlavə itkilərə səbəb olar.
İstənilən halda hazırda ermənilər Paşinyanı devirməkdə maraqlı deyillər – onun uğursuz, rüsvayçı “lider” olmasını bilməklərinə baxmayaraq.
Bizə isə bunu demək qalır: Azərbaycan Ordusu işğalçı erməni cəmiyyətini elə bir duruma salıb ki, o, bütün qəlbi ilə nifrət etdiyi Nikol Paşinyanı qorumağa, onu hakimiyyətdə saxlmağa məhkumdur.

axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.