“Ermənilər işğaldan azad edilmiş alban kilsələrinə görə narahat olmasınlar, Azərbaycan
onları qoruyacaq,” – deyə Azərbaycan Respublikasının Moldova Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov yazıb.
Ermənilər bu gün Dağlıq Qarabağda müharibə bitdikdən sonra xristian kilsələri və
abidələri mövzusunda əsl isteriyaya başlayıb. Sanki indi onlar Qarabağ ətrafındakı 7
rayonun Azərbaycana qaytarılmasından sonra məhv ediləcək və ya alçaldılacaq. Onlar
bütün gücləri ilə digər ölkələri və beynəlxalq təşkilatları buna inandırmağa çalışır və
deməliyəm ki, bacarırlar. Misal üçün, Fransa Senatı erməni lobbisinin təsiri altında, bu
yaxınlarda siyasətçilərin bu torpaqlarda yaşayan ermənilərə məxsus kilsələrin və digər
mədəniyyət abidələrinin qorunması ilə bağlı narahatlığını ifadə edən Dağlıq Qarabağın
tanınmasına dair qərar qəbul edib. Düzdür, sənəd hökumət tərəfindən təsdiqlənməyib,
lakin yenə də.
Qeyd edilməlidir ki, bəzi rus mədəniyyət xadimlərinin də bu məsələ ilə maraqlanır. Çətin
ki, ermənilərin bəhs etdikləri bütün məbədlərin əslən burada qədim zamanlardan bəri
yaşamış albanlara məxsus olduğunu bilsinlər. Bu torpaqlarda onlar ilk öncə IV əsrdə
Xristianlığı qəbul edib, daha sonra kilsələr inşa edib və bu kilsələr dəfələrlə bərpa
olunub və daima qorunub. İlk ermənilər bu ərazilərdə 1828-ci ildən sonra meydana
çıxıb, Rusiya imperiyası tərəfindən buraya yerləşdirilib. Bu ümumi məlumatdır. Və o
zamandan bəri Qafqazda tarixi kökləri olmayan ermənilər burada yaşadıqlarına dair
izləri süni şəkildə yaratmaq üçün alban abidələrinin özününküləşdirilməsi və milli
mənşəyinin dəyişdirilməsi yolunu seçib. Xristianlıq dövrünün abidələri, xristian inancının
emblemləri və simvolları daha çox özününküləşdirilməyə məruz qalıb. Bu da, yeri
gəlmişkən, tarixin saxtalaşdırılması, əsl cinayətdir.
Alban məbədlərinə gəldikdə, bunların bir qismi bu yaxınlarda ermənilərin özləri
tərəfindən dağıdılıb. Bu, bir daha sübut edir ki, onlar üçün müqəddəs heç nə yoxdur.
Allahın evinə qarşı necə əl qaldırmaq olar? Onlardan sonra qalanlar dövlət tərəfindən
qorunacaqdır. Bunu Prezident İlham Əliyev özü bəyan edib və Qərb siyasətçilərini bu
barədə narahat olmamağa çağırıb.
"Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob
hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və
hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Bizim ərazimizdə olan bütün məbədlər
tarixi sərvətimizdir," - deyə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı qeyd
edib.
O əlavə edib ki, hazırda iki pravoslav kilsəsi dövlət vəsaiti hesabına təmir olunur.
Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələri həmişə sülh və əmin-
amanlıq şəraitində yaşayıb və yaşayırlar. Ölkə ən tolerant İslam dövləti kimi tanınır.
Bakıda hələ də erməni kilsəsi var. Azərbaycan ərazisində bir çox pravoslav kilsələri də
mövcuddur. Multikulturalizm hər mənada Azərbaycanın rəsmi ideologiyasıdır, ölkə
bununla yaşayır. Azərbaycan bölgədə əsl mədəniyyət lideridir. Bu, Prezident İlham
Əliyevin mövqeyi sayəsində mümkündür. O, bölgədəki erməni əhalisinə qarşı təhdidin
olmadığını və onlara Azərbaycan vətəndaşlarının bütün hüquqları veriləcəyini dəfələrlə
söyləyib. Bu gün ölkəyə müasir dünyanın ən mədəni və savadlı liderlərindən biri
rəhbərlik edir. Bu səbəbdən Qarabağdakı xristianları və pravoslav kilsələrini heç nə
təhdid etmir.
Yeri gəlmişkən, işğalın bütün 30 ili ərzində ermənilər Azərbaycanın mədəni irsini ələ
saldığı, məscidləri, qəbiristanlıqları, ziyarətgahları dağıdıb təhqir etdikləri halda, dünya
ictimaiyyətinin heç bir nümayəndəsi buna qəzəblənməyib. Baxmayaraq ki, Azərbaycan
rəhbərliyi dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə
təcavüzünün dayandırılması çağırışı ilə müraciət edib. Hər kəs bölgədəki 67 məsciddən
64-nün tamamilə dağıdıldığına və bunlardan üçündə donuz da daxil olmaqla mal-
qaranın saxlanılmasına göz yumub. Donuzların məsciddə saxlanılması müsəlman dinini
alçaltmaq və dindarların hislərini təhqir etmək deməkdir.
Bundan əlavə, hazırda erməni barbarları tərk edərkən yalnız məktəbləri, xəstəxanaları,
məbədləri deyil, meşələri də yandırırlar. İctimai xadim Gülməmməd Məmmədovun
dediklərinə əsasən, 27 illik “erməni işğalı” Dağlıq Qarabağın şəhəri Ağdamda (yalnız
onun üçün olmasa da) Xirosimada olduğu kimi dağıdıcı olub. Twitter hesabında hər iki
şəhərin fotoşəkilini yerləşdirib və onlar prakiti olaraq dağıntı sayı baxımından oxşar
şəhərlərdir, məgər XXI əsrdə bu davranış normaldır? Azərbaycan beynəlxalq
təşkilatlardan bu həqiqətə diqqət yetirmələrini xahiş edir.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Qudsi Osmanov