Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır. (unikal.org)
xxx
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.
Saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.
Bu barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb. (report)