Rusiyalı jurnalistlər deportasiya oluna bilər –BƏS AYTAC CARÇIYEVANIN AQİBƏTİ NECƏ OLACAQ?- video

7-12-2020, 20:24   
Rusiyanın NTV telekanalının əməkdaşları deportasiya oluna bilər.
Strateq.az DHA-ya istinadla xəbər verir ki, 4 gün əvvəl saxlanılan jurnalistlər bu gün məhkəmə qarşısına çıxarılıb.
Rusiyadakı telekanalda çalışan müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda pilotsuz təyyarə istehsal edən “Bayraktar” şirkətinə məxsus sahələrin dronla icazəsiz çəkilişi zamanı saxlanılıb. Onlarla birlikdə Azərbaycan əsilli Türkiyə vətəndaşı, NTV əməkdaşı olan Aytac Çarçıyeva da olub.
Saxlanmasından sonra Carçıyevanın evində axtarış aparılıb və komputeri götürülüb.
NTV kanalı Çağlayan Ədliyyəsinə köçürülən media nümayəndələrinin məhkəmədən sonra deportasiya oluna bilinəcəyini bildirib. Telekanalın mətbuat xidmətindən verilən məlumata görə, casusluq şübhəsi ilə saxlanılan rusiyalı jurnalistlər yaxın saatlarda sərbəst buraxılmalıdır. “Yəqin ki, onlar deportasiya olunacaqlar. Təfərrüatlar məlum deyil. Rəsmi açıqlamanı gözləyirik”.
Məhkəmə iclası zamanı dövlət ittihamçısının jurnalistləri suçlamaqdan imtina etdiyi də bildirilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da NTV kanalının əməkdaşları ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, Türkiyədə tutulan NTV jurnalistlərinə kömək üçün bütün mümkün tədbirləri görür, saxlanma şəraiti və səbəblər öyrənilir.
Türkiyə Xarici İşlər Nazirliyindəki bir mənbə “RİA Novosti”-yə bildirib ki, Türkiyədə saxlanılan NTV jurnalistlərinin akkreditasiyası olmayıb və döyüş dronları istehsalçısı olan “Baykar Savunma”-nın yerləşdiyi ərazidə icazəsiz çəkiliş aparıblar.
İstanbul rəhbərliyi NTV kanalındakı 2 jurnalistin icazəsiz çəkilişlərə görə həbs olunduğunu təsdiqləyib və həbs müddəti 3 günə uzadılıb.
Jurnalistlər NTV işçilərinin tutulmasının Türkiyə tərəfindən düşmən addım olub-olmadığını soruşduqda, Dmitri Peskov bildirib: “Biz həbs şəraitini və səbəbləri araşdırmağa davam edirik”.
Prezidentin mətbuat katibi “həbsdə olan rus jurnalistlərinə kömək üçün bütün mümkün tədbirlərin görüləcəyini” qeyd edib.
“Kreml NTV işçilərinin Türkiyədə tutulması ilə bağlı hadisənin dialoq yolu ilə həll olunacağını və jurnalistlərin tezliklə sərbəst buraxılacağını gözləyir”, – deyə Dmitri Peskov əlavə edib.
“Diplomatlarımız Türkiyə tərəfi ilə təmasdadır. Hadisənin dialoq yolu ilə həll ediləcəyini ümid edirik. Jurnalistlərimizin yaxın gələcəkdə sərbəst buraxılacağını gözləyir və buna ümid edirik”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.