Çətinər Çətin“Habertürk”, Türkiyə, 14 dekabr 2020-ci il AB üzvləri sanksiya təhdidlərilə Türkiyəni addım-addım küncə sıxışdırmağa həvəslidirlər. Ancaq hələ ki, Aralıq dənizindəki bu oyunları pozmaq imkanımız var. Necə?
Liviya ilə imzaladığımız anlaşma ilə Aralıq dənizinin ən kritik sahələrində ssenariləşdirilən oyunları pozduq. İndi eyni anlaşmaları İsraillə imzalayaraq üzərimizdəki bütün təzyiqləri ortadan qaldıra bilərik.
Dörd ay öncə
Türkiyə İsrailə Şərqi Aralıq dənizində dəniz zonalarının sərhədlərinin müəyyən edilməsini təklif etdi.
Bu, Fransa və Yunanıstanı indidən narahat edib.
Təklif Kiprin rum kəsiminin dəniz zonasıının bir qisminin İsrailə verilməsini və İsrailin Türkiyə ilə ortaq layihə lehinə olaraq, Şərqi Aralıq dənizi Boru Xəttindən vaz keçməsini nəzərdə tutur.
Görüşdüyüm israilli qaynaqlar 4 ay öncə İsraillə keçirilən görüşlər zamanı dəniz zonalarının sərhədlərinin müəyyən edilməsinin Türkiyə tərəfindən dilə gətirildiyini, ancaq Covid-19 infeksiyası üzündən görüşlərin bir müddət təxirə salındığını ifadə edirlər.
Ayrıca,
Şərqi Aralıq dənizində İsraillə Türkiyə arasında iqtisadi zonaların sərhədləri də müəyyən edilməlidir. Bunda İsrail də maraqlıdır. Lakin bizim Aralıq dənizində edəcəyimiz həmlə qısa müddətli deyil, uzun müddətli olmalı və sabitlik vəd etməlidir.Acı olsa da, bir həqiqətdir ki, güc balansları dəyişdikcə, dairə daraldıqca Türkiyənin qısa müddətli taktiki atışlara deyil, yaxşı düşünülmüş, uzun müddətə hesablanmış strateji və qalıcı həmlələrə olan ehtiyacı artır.
Türkiyənin İsrailə etdiyi təklifə geri dönərsək,
bu, ötən il İstanbulda Türkiyə ilə Liviya Milli Razılıq Hökuməti (MRH) arasında imzalanan memorandumun təsir dairəsinin genişləndirilməsini və 12-ci dəniz zonasının, 7, 8, 9, 10, 11 saylı dəniz zonalarının da bir qisminin İsrailə verilməsini nəzərdə tutur.
Yeri gəlmişkən, 12-ci dəniz zonasında yerləşən
“Afrodit” və
“İshay” enerji yataqlarının bölüşdürülməsi məsələsi hələ ki, Kiprin rum kəsimilə İsrail arasında rəsmi olaraq həll edilməyib.
Türkiyə açıq şəkildə İsrailə Yunanıstanın və Kirprin rum kəsiminin düşüncələrinin “mötərizə içinə alınmasını” təklif edir.
Bu durum Yunanıstanı və Kiprin rum kəsimini narahat edir.İsrailin dövlət ağlı Şərqi Aralıq dənizi layihəsindən vaz keçilməsinə və Türkiyə ilə ortaq təbii qaz xəttinin çəkilməsi fikrinin müzakirə edilməsinə daha isti baxır. Amma yuxarıda söylədiyim kimi,
Türkiyənin təklifi uzunmüddətli olmalı və sabitlik vəd etməlidir.İsrail baxımından, Türkiyə ilə anlaşma əldə edilməsi Yunanıstan və Kiprin rum kəsimilə həyata keçiriləcək layihədən daha praktik olacaq və ucuz başa gələcək. Çünki Türkiyə, hazırda mövcud olan “Türk axını” və TANAP-ın infrastrukturu ilə daha ucuz və qısa bir yol təmin edə bilər.Bundan əlavə, marşrutla bağlı suallardan asılı olmayaraq,
Şərqi Aralıq dənizi Boru Xətti ilə əlaqədar bir başqa potensial problem də var. 2040-cı ildə İsrailin təbii qaza olan tələbatı 4 qat artacaq. Bu durum İsrailin ixracat potensialını və rəqabət qabiliyyətini ciddi ölçüdə məhdudlaşdıracaq.
2016-cı ildə Türkiyə və İsrail ortaq təbii qaz xətti ilə bağlı müzakirə aparırdı. Ancaq son illərdə iki ölkə arasındakı münasibətlərin keyfiyyəti aşağı düşdü.
Qısa bir müddət öncə Türkiyədən olan yüksək səviyyəli bir heyət münasibətlərin soyumasından qaynaqlanan problemləri bir az yumşaltmaq üçün İsraildən olan vəzifəli şəxslərlə bir sıra görüşlər keçirdi. İsrail tərəfi bu görüşlərdən olduqca məmnundur. Qurulan əlaqələrin institusional olmasını diqqətəlayiq və davam etdirilməsi mümkün hesab edirlər.
Burada əsil sıxıntı odur ki,
İsraildə Netanyahunun tərəfdarları Türkiyə ilə anlaşma təşəbbüsünə şübhə ilə yanaşırlar.
Netanyahu bu oyunda Şərqi Aralıq dənizi Boru Xəttinə “stavka” etdi. Ancaq İsrailin dövlət ağlı bu baxışın həm maliyyə, həm də logistika baxımından ağlabatan olmadığını görür.Digər tərəfdən, siyasi və diplomatik prizmadan baxılarsa,
İsrailin Türkiyə ilə anlaşması Türkiyənin Rodos və Kastellerizo, yəni Meis adası ilə bağlı siyasətinin hüquqi olduğunu qəbul etmək anlamına gələcəkdir.
Ayrıca,
belə bir anlaşma İsrailin yeni ortağı olan BƏƏ ilə əlaqələrinin pisləşməsinə yol açacaqdır. Çünki BƏƏ Şərqi Aralıq dənizində Türkiyənin nüfuzunu neytrallaşdırmaq üçün Şərqi Aralıq dənizi Boru Xəttinə dəstək vermiş, hətta Yunanıstanla müdafiə paktı imzalamışdı.Şərqi Aralıq dənizi böyük bir məhəllədir və
İsrail Türkiyənin bu dənizdəki qonşusudur. Türkiyə ilə İsrail arasında dəniz zonalarının sərhədlərinin müəyyən edilməsilə bağlı bir addım atılmasının zamanı gəlmişdir, hətta keçməkdədir.Bu durumda, yeni xəritədə
Aralıq dənizindəki 8, 9, 11 və 12-ci blokların Kiprin rum kəsimindən alınaraq İsrailə verilməsi halında, Kipr rum kəsiminin və Yunanıstanın bütün hesabları pozulacaqdır.
Ayrıca,
İsraillə birgə atılacaq bu addım Bayden administrasiyasının Türkiyəyə qarşı daha sərt bir siyasət həyata keçirməsinin də önünə keçəcəkdir.
Görünən odur ki, artıq başlamış olan və müsbət yöndə gedən bu prosesi Covid-19 üzündən çox uzatmadan həyata keçirməkdə fayda vardır.
Tərcümə Strateq.az-ındır