Qaladərəsi qalmaqalı: rus sülhməramlıları da gəldi - Video

17-12-2020, 14:47   




13:04
Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafında müzakirələr davam edir.
Axar.az xəbər verir ki, erməni mediası az öncə Azərbaycan Ordusunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə gedən yoldakı blokpostu götürdüyünü və mövqeyini tərk etdiyini açıqlasa da, Ermənistan vitse-premyeri Tiqran Avinyan hələ yekun qərarın verilmədiyini bildirib.
Hazırda rus sülhməramlılarının da ərazidə olduğunu qeyd edən Avinyan tərəflər arasında təmasların davam etdiyini və yekun qərarın yaxın müddətdə veriləcəyini qeyd edib.
Xatırladaq ki, xəbərdarlıqlara baxmayaraq, erməni silahlıları ərazidən çıxmadığına və Azərbaycan Ordusuna qarşı terror hücumları etdiyinə görə 11 dekabrda DTX antiterror əməliyyatı həyata keçirmişdi. Nəticədə Köhnə Tağlar və Çaylaqqala kəndlərinə tam, Böyük və Kiçik Qaladərəsi kəndlərinin isə giriş-çıxışına nəzarəti əlinə almışdı.
Hazırda ərazidə erməni silahlılarının olması vəziyyəti dramatikləşdirir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.