Putin niyə peyvənd vurdurmadığının səbəbini açıqladı

17-12-2020, 14:52   


Putin niyə peyvənd vurdurmadığının səbəbini açıqladı
Rusiya Prezidenti Vladimir Putin niyə hələ də COVID-19 peyvəndi vurdurmamasının səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, ənənəvi illik mətbuat konfransında sualları cavablandıran prezident bildirib ki, kütləvi vaksinasiyanın ilkin mərhələsi müəyyən yaş kateqoriyasını əhatə edir.
O, ən qısa müddətdə koronavirus infeksiyasına qarşı Rusiya istehsalı peyvəndi vurduracağına söz verib.
“Mütəxəssislər bizə bildirirlər ki, bu gün mülki dövriyyəyə girən peyvəndlər müəyyən yaş kateqoriyasında olan vətəndaşlar üçün təmin edilir. Və mənim kimi insanlar üçün peyvəndlər hələ çatmayıb. Bir daha təkrar edirəm, bu mənada kifayət qədər qanuna tabe bir insanam, mütəxəssislərimizin tövsiyələrini dinləyirəm və bu səbəbdən hələ bu peyvəndi vurdurmamışam ”.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.