RƏSMİ BAKI ƏRDOĞANLA NETANYAHU ARASINDA VASİTƏÇİLİK EDİR –Hikmət Hacıyevə istinad və İsrail XİN-in cavabı

24-12-2020, 11:51   

Barak Ravid
“Axios”, 23.12.2020
 
Türkiyə və İsrail – hər ikisi Dağlıq Qarabağda Azərbaycanın Ermənistan üzərində son qələbəsində əsas rol oynayıblar. İndi, atəşkəsdən bir neçə həftə sonra Azərbaycan prezidenti İlham Əliyev iki müttəfiqi arasındakı münasibətləri düzəltməyə çalışır, – bunu mənə İsrailin yüksək vəzifəli şəxsləri deyib.
Ümumi mənzərə: həm Türkiyə, həm də İsrailin pilotsuz təyyarələri və digər silah sistemləri ilə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasına kömək edib. Ancaq son 10 ildə Türkiyə ilə İsrail arasındakı münasibətlər dondurulub.
Xəbərin idarəediciləri: İsrail rəsmilərinin sözlərinə görə, son günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərdə Əliyev İsrail-Türkiyə gərginliyini aradan qaldırıb.
Əliyevin məsləhətçiləri israilli vəzifədaşlarına Ərdoğanın münasibətləri yaxşılaşdırmaq fikrinə müsbət cavab verdiyini söyləyiblər.
Ərdoğanın İsrail ilə bağlı davakar açıqlamalarının böyük tarixi var, lakin Əliyevin məsləhətçiləri onun anti-İsrail mövqeyində olmadığını, ona anti-İsrail məsləhəti verən, yəni İsrailə qarşı təhrik edən köməkçilərinin artıq iş başında olmadığını iddia ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda israilli vəzifədaşı Qabi Aşkenazi ilə danışılarda deyib ki, Azərbaycan İsrail və Türkiyənin çəpərləri sökməsi üçün yaxşı vaxt olduğunu düşünür.
Söylənənlər: “Əliyev və baş məsləhətçiləri hər iki yaxşı dostlarının – Türkiyə və İsrailin normal münasibətlərə qayıtmasını görmək istədiklərini və bunun reallaşması üçün kömək etməyə hazır olduqlarını bildiriblər”. Bunu mən bir israilli səlahiyyətli deyib.
İsrail Xarici İşlər Nazirliyi Əliyevin xarici siyasət müşavirinin açıqlamasına şərh verməkdən imtina edib.
Geriqayıdış: İsrail-Türkiyə münasibətləri 2008-ci ilin Qəzza müharibəsindən bu yana pisləşir və 2010-cu ildə “Qəzza donanması” hadisəsindən sonra İsrail komandoslarının Qəzzaya yardım çatdırmaq üçün İsrail blokadasını yarmağa çalışan fəallara hücumu ilə əlaqələr, demək olar ki, tamamilə dondurulub.
Ovaxtkı prezident Barack Obama 2013-cü ildə Netanyahu və Ərdoğan arasında barışıq razılaşmasını təmin etmək üçün üçtərəfli telefon danışıqları aparıb.
Bu danışıqlar 2016-cı ilə qədər uzanıb və iki il sonra Məbəd Dağı ilə bağlı yeni bir böhran ortaya çıxdıqda, nəhayət, razılaşma çöküb.
Aqibət: son aylarda, xüsusən də, Aralıq dənizinin şərqindəki təbii qaz axtarışına dair Yunanıstan və Kiprlə mübahisəsinə görə Türkiyənin İsraillə yenidən əlaqəyə girmək istədiyinə dair bir neçə əlamət var.
Ancaq İsrail səlahiyyətliləri, Ərdoğanın əsl niyyətlərinə dair şübhələrini nəzərə alaraq, çox ehtiyatlı olacaqlarını söyləyiblər.
Hər halda, İsrail Türkiyə ilə münasibətləri düzəltmək üçün Yunanıstan və Kipr ilə münasibətlərinə zərər verməyəcəkdir.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.