Yerevan: Nikol Paşinyan "sıx polis əhatəsində" olan hökumət evində kabinetin iclasını keçirir

24-12-2020, 12:29   


Nikol Pashinyan Ermənistan baş naziriŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

"Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırda sıx polis əhatəsində olan hökumət evində kabinetin iclasını keçirir", Ermənistanın News.am saytı xəbər verir.

Xəbərdə bildirilir ki, "hökumət üzvləri səhər tezdən binaya girib və özlərini polis kordonu ilə əhatələyiblər".

Yerli media yazır ki, bu çərşənbə günü keçirilən mitinqdə müxalifətin Baş nazir Nikol Paşinyan və digər hökumət üzvlərinin binaya girməsinin və kabinet iclasının keçirilməsinin qarşısını almaq üçün bu gün Hökumət binasının girişlərini bağlamaq niyyətində olduqlarını bildirdiyi üçün baş verir.

Ermənistanda etirazlarŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Foto: Arxiv

"Ermənistan polisi Yerevanda cümə axşamı səhər saatlarında Hökümət binasına aparan əsas küçəni bağlayıb," Ermənistanın News.am saytı yazıb.


Saytın xəbərinə görə, "gücləndirilmiş polis qüvvələri avtobuslarla kabinet binasına çatdırılıb və polis binanın qarşısında 5-6 sıra şəklində sıx düzülüb".

"Çərşənbə günü keçirilən mitinqdə müxalifət Baş nazir Nikol Paşinyan və digər hökumət üzvlərinin binaya girməsinin və kabinet iclasının keçirilməsinin qarşısını almaq üçün bu gün saat 10.00-dan etibarən Hökumət binasının girişlərini bağlayacağını elan etmişdi", xəbərdə deyilir.

Bu arada cümə axşamı günü Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Arman Poqosyan İstintaq Komitəsinin sədr müavini vəzifəsindən azad edilib, Ermənistan mediası hökumətin mətbuat xidmətinə istinadən yazır.

Ermənistanda etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.

Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər



Çərşənbə günü Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən nümayiş sona çatıb, müxalifət liderləri bildirirlər ki, sabahdan etibarən (dekabrın) Hökumət binasını hər tərəfdən əhatə edib, hakimiyyətin işləməsinə yol verməyəcəklər.

Nikol Paşinyan Baş nazir kimi hökumət iclası keçirmək imkanından məhrum olmalıdır, Daşnaksutyun fəalı Geğam Manukyan mitinqin sonunda bəyan edib.

Ermənistan müxalifəti 22 dekabrdan etibarən ölkə boyunca tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

22 dekabrda Hökumət Evi ilə yanaşı Baş Prokurorluq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları etirazçıların mühasirəsində qalıb. Lakin axşama doğru onlar "müvəqqəti olaraq" inzibati binaların ətrafından çəkiliblər.

İnformasiya agentlikləri mitinqin keçirildiyi əraziyə əlavə polis qüvvələrinin gətirildiyini bildirirlər. Həm meydanda, həm də yan küçələrdə keşik çəkən hüquq-mühafizəçiləri mitinqə müdaxilə etmirlər.

Hərçənd ki, bəzi müxalifət üzvləri təzyiqə məruz qaldığını bildirirlər.

PolislərŞƏKLİN MƏNBƏYİ,NEWS.AM

Çərşənbə günü yayılan məlumata görə, nümayişin liderlərindən biri İstintaq Komitəsinə dəvət olunub.

Daşnaksutyun partiyasını təmsil edən İşxan Sağatelyana əsasən, onun çağırılması mitinqdəki çıxışında "bəzi cinayət əlamətlərinin" olduğu barədə polisin yaydığı açıqlama ilə əlaqəli ola bilər.

Etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.

Yerevan Respublika meydani etirazlar Nikol PashinyanŞƏKLİN MƏNBƏYİ,NEWS.AM

Müxalifət liderləri Nikol Paşinyanın istefaya çıxmasının dörd yolunu açıqlayıblar.

Bu barədə paytaxtın Respublika Meydanında çıxış edən Daşnaksutyun partiyasının nümayəndəsi deyib. İşxan Sağatelyanın sözlərinə görə, Baş naziri istefaya məcbur etmənin dörd yolu ola bilər.

Birinci halda, Paşinyan özü istefaya çıxır; ikincisində parlament növbədənkənar iclasda müvafiq qərar qəbul edir; üçüncüsündə, dövlətə xəyanətlə bağlı cinayət işi açılır; dördüncüsündə, hökumət, nazirlərin əksəriyyətinin (üçdə iksinin) tələbi ilə fövqəladə toplantı çağırır.

Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər



Çərşənbə axşamı günü müxalifət liderləri Nikol Paşinyanın mənsub olduğu "Mənim Addımım" parlament fraksiyasını danışıqlara çağırıblar.

Mitinqdə çıxış edən Daşnaksutun partiyasının üzvü Geğam Manukyan "Mənim Addımım" fraksiyasında təmsil olunan deputatlara təzyiq olaraq onların siyahısını oxuyub. O, millət vəkillərinin telefon nömrələrini hələ açıqlamayacağını desə də, bunu tam istisna etməyib.

Müxalifət güc nazirliklərinin bir sıra yüksək rütbəlisinin istefaya çıxdığını bildirir.


EtirazçiŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Bu arada etiraz aksiyaları Yerevanda və Ermənistanın başqa şəhərlərində davam edir.

Paytaxtı Şimal və Şimal-Şərqlə bağlayan Yerevan-Vanadzor və Yerevan-İcevan yolları etirazçılar tərəfindən kəsilib, agentliklər xəbər verir.


Etiraz aksiyasına 20-yə yaxın şirkət, Yerevan Dövlət Universitetinin bir neçə fakültəsi, Tibb Universiteti və Vəkillər Palatası qoşulub.

Yerevanda etirazçılarŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Etirazlar Ermənistan Baş naziri ilə Azərbaycan və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağda atəşkəs haqqında bəyanat imzalandıqdan sonra başlayıb.

Zəkalı Ermənistan Partiyası İkinci Qarabağ müharibəsi ilə əlaqəli faktları toplamaq üçün paritet əsasında qurulumuş komissiya yaratmağı təklif edib. Bu fikri partiyanın və eyni adlı parlament fraksiyasının lideri Edmon Marukyan çərşənbə günü keçirdiyi mətbuat konfransı vaxtı bəyan edib

Ermənistanda bir çoxları bu razılaşma nəticəsində erməni tərəfin Azərbaycana xeyli ərazi güzəşt etdiyi, Nikol Paşinyanın isə kapitulyasiya sənədi imzaladığını deyirlər.

Ermənistanın baş naziri belə iddiaları rədd edərək, öz Facebook səhifəsində 2010-cu ildə Ermənistanın İnzibati-Ərazi bölgüsü haqqında qanun layihəsinin görüntülərini yayıb.

Nikol Paşinyan yazır ki, əvvəlki hökumətin dövründə bu sənədə səs verib təsdiqləyənlər indi onu əraziləri təslim etməkdə günahlandırırlar.

Ocaq ətrafında insanlarŞƏKLİN MƏNBƏYİ,TASS/GETTY IMAGES

Müxalif partiyalar ilk növbədə nazir Paşinyanın istefaya çıxmasını, daha sonra yeni parlament seçkiləri keçirməyi tələb edirlər. Seçkilərə qədər keçid dövründə isə müxalifət baş nazir vəzifələrinin icrasını Vazqen Manukyana həvalə etməyi təklif edir.


73 yaşlı Vazqen Manukyan vaxtilə, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil Ermənistan Respublikasının Baş naziri və müdafiə naziri olub.

Vazqen Manukyan hesab edir ki, yaranmış daxili siyasi böhrandan çıxmaq üçün müvəqqəti hökumət yaradılmalıdır və bu hökumətin vəzifəsi danışıqlar yolu ilə atəşkəs haqqında bəyanatdakı qeyri-müəyyən məqamlarının Ermənistan üçün sərfəli hala gətirilməsinə nail olmaq və təhlükəsizlik məsələlərinin - ordunun döyüş qabiliyyətinin bərpası, müasir ordu yaratmaq, Rusiya ilə xüsusi münasibətlər yaratmaq və Qarabağ üzrə danışıqlar prosesinə qayıtmaq - olmalıdır.

bbc.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.