Qarabağda yerləşdirilmiş rusiyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.Sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.
Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb. /pravda.az/