NTV telekanlı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin gələn ay fəaliyyətə başlayacağını bildirir. Telekanalın xəbərinə görə mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbi kontingenti briqada generalının (adı göstərilmir) komandanlığı altında Azərbaycana göndərilib.
Qarabağda Türkiyə-Rusiya birgə mərkəzinin fəaliyyətinə dair 10 noyabr üçtərəfli razılaşmasında bənd yer alır. Bu günlərdə Türkiyə müdafiə naziri Hulusi Akar mərkəzin fəaliyyətini təmin etmək üçün 60 nəfərlik contingent göndərəcəklərini açıqlamışdı. Monitorinq mərkəzi pilotsuz vasitələrdən istifadə etməklə atəşkəsi izləyəcək, əldə olunan məlumatlar müvafiq olaraq tərəflərə təqdim olunacaq. Mərkəzin Ağdamda yerləşəcəyi artıq bəllidir.
virtualaz.org