“Yaza qədər Qarabağ “status” almasa, Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik...”

3-01-2021, 11:12   


"Ermənilərin getməsinə  general V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə planı da  təkan  verib..."



“Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənirlər və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər...”

Moderator.az Rusiya mediasına istinadla  xəbər verir ki, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazır.

 “2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi  təqdirdə biz buradan gedəcəyik”. Qarabağ erməniləri belə yazır. Hazırda onlar sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər. 

Şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə  separatçı-terrorçu xuntanın “təhlükəsizlik şurası”nın rəhbəri V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və  Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan  verib. 
“General Balasanyan həqiqətən səssiz bir hərbi çevriliş edib və “seçilmiş” “prezident” Arayik Arutyunyanı faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıb”- məlumatda belə deyilir.

Sultan Laçın
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.