Peyvənd olunan şəxslərə immunizasiya pasportu verilməsi təmin edilməlidir

4-01-2021, 10:50   





AHİB-nin ölkəmizdə əhalinin peyvəndlənməsi ilə bağlı təklifləri
Peyvəndləmə prosesinə başlamazdan öncə əhalinin maarifləndirilməsi işinə start verilməlidir.
Elektron KİV-lər gündə bir neçə dəfə peyvənd haqda, onun elmin mühüm nailiyyəti olması, epidemik təhlükəsizlikdə müstəsna rolu, COVİD-19 pandemiyasında infeksiyalaşma zəncirinin qırılmasında rolu və vaksinasianın perspektivləri haqda məlumat verilməlidir
Bununla yanaşı, əhalinin peyvəndləmə sxemi üzrə kateqoriyalara bölünməsi, risk qrupuna aid olanlar haqda hərtərəfli və düzgün informasiya verilməlidir.
Həmçinin elektron KİV-lərdə və müvafiq tibb müəssisələrində peyvəndləməni icra edəcək tibb işçilərinin yetərində maarifləndirilməsi, təlimatlandırılması və treninqi  məqsədəuyğun olardı.
Əhalinin peyvəndlənməsi ölkə üzrə ayrılan tibb müəssisələri haqda mütəmadi informasiya  verilməsi zəruridir. İnsanların hansı prinsiplər (qeydiyyat, yoxsa yaşadığı ünvan) üzrə hara müraciət etmələri aydın olmalıdır.
Peyvənd olunan şəxslərə immunizasiya pasportu verilməsi təmin edilməlidir. Gələcəkdə bütün əhalinin immunizasiya pasportu ilə təmin olunmasına nail olmaq lazımdır.
Peyvənd olunacaq şəxslərin seçilməsi üçün onlarda anti-SARS-Cov-2  təhlili aparılması təmin edilməlidir.
Azərbaycan Həkimləri İdarə heyəti
Bakı şəhəri, 04 yanvar 2020
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.