Rusiya hərbçisi Qarabağla bağlı “bir neçə ay” dedi: Erməni terrorçu 20 il zaman istədi

4-01-2021, 13:17   


Qarabağ ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənmsi bir neçə ay davam edə bilər.
Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi, podpolkovnik Pavel Pautov belə deyib.
Ancaq Qarabağdakı terrorçuların nümayəndəsi, “minalardan təmizləmə mərkəzinin direktoru” Samvel Mesropyan bu müddətin 20 ilə qədər davam edə biləcəyini deyib.
Anaxeber.info erməni mətbuatına istinadən bildirir ki, ərazidə hətta Birinci Qarabağ müharibəsi dövründən qalan minalar, partlamamış hərbi sursat aşkar edilir: “Bizə bu prosesi başa çatdırmaq üçün 15-20 il vaxt lazımdır. Bəlkə də daha çox”.
Onun iddiasına görə, Xankəndidə 27 sentyabrdan bəri 40 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib.   /Cebhe.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.