Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalət, bölgədə sabitlik bərqərar oldu.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi.
“Öz torpaqlarından qovulmuş azərbaycanlı qardaşlarımızın yenidən torpaqlarını qazanmasına Türkiyə yardımçı oldu. Onların (Minsk qrupu-red.) 30 ildə bacarmadığını verdiyimiz dəstəklə 44 gündə gerçəkləşdirdik", - deyə Ərdoğan əlavə edib.