ABŞ yaşı 65-dən yuxarı insanlar üçün vaksinin milyonlarla dozasını istifadəyə verir
13-01-2021, 09:47
Print
ABŞ yaşı 65-dən yuxarı və sağlıq problemləri olan amerikalıları peyvənd etmək üçün ikinci doza kimi saxladığı milyonlarla COVID-19 peyvəndinin dozasını istifadəyə buraxır. Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar televiziyada verdiyi müsahibədə "ştat administrasiyalarının diqqətinin məhdud istiqamətə yönəldiyini" bildirib. "Artıq inanırıq ki, istehsalımızı proqnozlaşdıra biləcəyimizə və davam edən istehsal ilə insanlar üçün ikinci dozaların verilməsini təmin edə biləcəyimizə inanırıq", Azar ABC tele kanalına bildirib. "Beləliklə, artıq hər şey ştatlarımız və səhiyyə provayderlərimiz üçün əlçatandır", o əlavə edib. O, yeni strategiyanın ilk dozanı gözləyən amerikalılara təsir etməyəcəyini söyləyib. Federal hökumət ştatları iki dozalı peyvəndlə təmin etdiyi halda, hər ştat onları öz planına uyğun olaraq paylayır. Əksər ştatlarda səhiyyə işçiləri və qocalar evlərinin sakinlərinə üstünlük verilib. "Artıq səhiyyə işçilərimiz və qocalar evlərindəki insanların sayından daha çox peyvənd paylamışıq", Azar bildirib. "İndi onların paylanılması üçün daha artıq kanallar tapmalıyıq, apteklərə, icmalardakı səhiyyə mərkəzlərinə çatdırmalıyıq", o əlavə edib. O həmçinin federal hökumətin "əgər istəsələr, kütləvi vaksinasiya kampaniyaları aparan ştatları dəstəkləmək üçün qruplar göndərəcəyini" vurğulayıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bazar ertəsi də daxil olmaqla, təxminən 9 milyon amerikalıya peyvəndin ilk dozasının vurulduğunu bildirib.