Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyada etirazlar başladı: toqquşma və həbslər var - Canlı

23-01-2021, 14:11   




11:02
Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə etiraz aksiyalarına start verilib.
Axar.az xəbər verir ki, aksiyalar Xabarovsk vilayətində başlayıb. Aksiya iştirakçıları “Lənət olsun, Çar!” şüarları səsləndiriblər. Xabarovskda etirazlara 1000 nəfərin qatıldığı bildirilib.
Etiraz aksiyalarında artıq həbslərin olduğu vurğulanıb. Belə ki, OMON etirazçılara qarşı güc tətbiq edib. Hələlik OMON-un saxladığı şəxslərin 10-a çatdığı bildirilib.
Mitinqlər Komsomolk-Amurda, Çitada, Maqadanda, Yakustkda, İrkutskda, Novosibirskdə, Cənubi Saxalində və Vladivostokda da baş tutub. Cənubi Saxalin və Vladivostokda kütləvi həbslər yaşanıb. Bu şəhərlərdə etirazlara 3 min nəfər qatılıb. Onlarla OMON-çular arasında qarşıdurma baş verib.
***
Son məlumata görə, Xabarovskda 40, Komsomolsk-Amurda 30, Vladivostokda 20 nəfər saxlanılıb.
Yakutda da saxlanılanlar var.

  • Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar