Ərgün Dilər“Takvim”, Türkiyə, 26 yanvar 2021-ci il Gəlin, məsələyə hissə-hissə baxaq. Daha öncə də burada yazmışdım. Almanların məşhur nəşri
“Der Spiegel” təqribən 2 il öncə Tramp, Ərdoğan, Putin və Şi Cinpinqin fotoşəkilini üz qabığında verərərək, “Bu liderləri durdurun!” çağırışı etmişdi. Bu çağırış, təbii, Papua-Yeni Qvineyaya edilməmişdi, Pentaqona və
“Dərin Amerika”ya edilmişdi.
Daha sonra zaman keçdi, Tramp getdi. Üz qabığındakı ilk böyük oyunçu seçki ilə uzaqlaşdırıldı.
Bayden gəldikdən sonra əsil hədəfin Rusiya olacağını müxtəlif kontekstlərdə anlatmağa çalışdım. Rusiya elə bir coğrafiyadır ki, Çinlə Avropa arasında əlaqə yaradır. Onun aradan çəkilməsi şərtdir.
ABŞ-ın istəyi Putinin oyununun pozulmasıdır.
Həqiqətən,
Bayden posta oturar-oturmaz, and içər-içməz, rus müxalifət lideri Aleksey Navalnı vasitəsilə düyməyə basıldı.
ABŞ, Almaniya ilə Rusiyanın arasını vurmaq istəyir. Qlobal siyasəti bunu tələb edir. Eyni qaydada Türkiyənin də Rusiyadan uzaq durması istənilir. S-400 böhranı bunun üzə çıxmasıdır. Xatırlayırsınızsa, bunun öncəsi də var idi. Türkiyənin rus hərbi təyyarəsini vurmasını deyirəm. Gərginlik yarandı, ardınca Rusiyanın Ankaradakı səfiri
Karlov öldürüldü. Məqsəd iki ölkənin bir araya gəlməsinə əsla və qəti imkan verməmək idi. Eyni baxış Almaniya-Rusiya əlaqələri üçün də keçərli idi. ABŞ
“Nə edə bilərik?” deyərək, düşünməyə başladı.
“Dərin Amerika” öncə oyunu Almaniyanın Moskvadakı səfiri
Qeza Andreas fon Qeyrin üstündə qurmaq istədi. Səfirin neytrallaşdırılması nəzərdə tutulurdu. Ancaq Karlov nümunəsi ortada idi.
“Almaniya ilə Rusiyanın əlaqələri pozulmazsa, nə olacaq?” şərhi gündəliyə gəldi.
Buradan çıxış görməyən ABŞ əqrəbi rus müxalifət fiquru Aleksey Navalnıya doğru çevirdi. Navalnı, böyük miqyasda tərəfdar kütləsi olan, gücü əlində tutan bir şəxs deyildi. Ən böyük özəlliyi Almaniyaya yaxın olması idi. Bu da onu hədəf halına gətirməkdə idi. Ancaq ölüm olmadan bir nəticə istənilirdi. Elə də oldu.
Təyyarədə gizli xidmət tərəfindən çayına zəhər qatılaraq zəhərləndi. Zəhərlənmə yolu rus üslubuna yaxın olduğu üçün seçildi. Ssenarinin arxasında ABŞ dayanırdı.Almaniyanın bütün tələblərinə rəğmən, Aleksey Navalnının müalicə üçün Berlinə aparılmasına icazə verilmədi. Ancaq
Putin “Şimal axını-2” layihəsilə bağlı problem yaranacağını anlayınca, işin ciddiyyətini qavrayınca, yelkənləri endirdi. Navalnı üçün Almaniya vizası çıxdı.
“Bunlar artıq arxada qaldı” deyərkən, Navalnı Rusiyaya geri döndü. Öncə hava limanında saxlanıldı, sonra da həbs edildi.
Təbii, gərginlik artdı. Rusiyanın bir çox şəhərində minlərlə insan küçələrə çıxdı, polislə qarşı-qarşıya gəldi. Zorakılıq duruma hakim oldu. Çox sayda insan yaralandı və həbs olundu.
Qırılma nöqtəsi isə “YouTube” oldu. Navalnı həbs edilərkən, komandası daha öncə hazırladığı videonu yaymağa başladı. Bu, ölkəni daxildən sarsıtdı.
“Putin üçün saray: Ən böyük rüşvətin tarixi” adlı videoya baxış sayı 70 milyonu keçdi. Reaksiya da böyüməkdə idi. Berlindəki
“Charite” xəstəxanasından çıxdıqdan sonra ölkəsinə dönən Navalnı, video ilə
“yürüyürdü”.
Kremlin verdiyi reaksiyalara baxınca, birbaşa ABŞ-ı ittiham edən bir davranış aydın şəkildə görünməkdə idi.
ABŞ da Kremlə yeni güc balansını pozan oyunçu kimi baxmaqdadır. ABŞ Çinlə baş-başa qalmaqdan şikayətçi deyil. Dərinliklərdə bu gerçək mövcuddur. Ancaq
Rusiya Çinə yanaşdığı anda ikinci Avropa ilə “sərhəd qonşusu” olur. Təbii, Aralıq dənizinə və Afrikaya da uzanır. Bu da əsrin layihəsi olan “İpək yolu”nu başqa bir miqyasa çıxarır və təbii, ABŞ-ı çarəsiz buraxır. Çünki gələcəyi üçün problem yaradır.
Məhz bu səbəblə, Vatikana yaxın olan komanda ilə İran üzərindən Ağ Evə çıxan xətt canlandırılacaq.Putin Rusiyası hədəf olacaq. Bu həmlələrdən sonra Türkiyənin ABŞ-la anlaşmasının, problemləri həll etməsinin önü açılacaq. Məqsəd budur. Planlaşdırılan budur.
Mövcud güc balansının nəticəsi olaraq, türk heyətinin olduğu Liberiya bayraqlı gəmi Qvineya körfəzində basqına məruz qaldı. 15 türk dənizçisi qaçırıldı. Bir azərbaycanlı dənizçi isə öldürüldü.
“M/V Mozart” adlı gəmi təhlükəsiz bir limana çəkildi.
Yaxşı, bəs nə üçün bu gəmiyə hücum edildi? Məncə, üzərində durulmalı olan nöqtə burasıdır.Öncəliklə qeyd edim ki, gəminin daşıdığı bayrağın bir önəmi yoxdur. Quldurlar bunu bilirdilər və heç ona baxmırdılar da. Gəmi
“Borealis Maritime” adlı ingilis şirkətinə aiddir. Bu şirkət də digərləri kimi, ucuz işləyən dənizçilər tapmaq üçün İstanbulda ofis –
“Boden Dənizçilik” A.Ş. açıb.
Şirkət sahibi ingilis, qaçırılan heyət türk, öldürələn də azərbaycanlı… Yəni, İngiltərə ilə Türkiyənin yaxınlığına etiraz edən, Azərbaycanın da bu iki gücün yanında olduğunu bilən güclər dənizdən mesaj vermək istəyirlər. Hücum edənlər böyük kəşfiyyat təşkilatları tərəfindən yönləndirilməkdədirlər. Baş verən hücum adi bir quldurluq hadisəsi deyil, gedən qlobal mübarizənin bir səhnəsidir.
İngiltərəni
“Boko Haram”-ın məmləkəti və nefti, dəmir filizi ilə məşhur olan ölkədən (Nigeriya – tərc.) uzaqlaşdırmaq istəyirlər. Somalinin Sinqapurun çıxışı olması istənmədiyi kimi, Afrikanın qərbində də ingilislər istənilmir. Çünki hərəkət intensivlikləri çox artmışdı.
İlk baxışda terror görünüşlü, ticarət məqsədli olan bu aksiya, əslində, “A-dan Z-yə”dək siyasidir.Bayden dövrü ilə birlikdə gərginliyin artmasını hər yerdə görəcəyik. Çünki yeni oyun başladı…Tərcümə Strateq.az-ındır