Paşinyanın arvadının təkbaşına ABŞ-a getməsinin ŞOK SİRRİ: o, müharibədə nə edib?

1-02-2021, 14:13   


Paşinyanın arvadının təkbaşına ABŞ-a getməsinin ŞOK SİRRİ: o, müharibədə nə edib?
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Los-Ancelesə səfər etməsi erməni informasiya seqmentində ciddi müzakirələrə səbəb olub.

Anaxeber.info publika.az
-a istinadən  xəbər verir ki, Ermənistan mediası ölkənin müharibədə ağır məğlubiyyətə uğradığı, minlərlə itki verdiyinə baxmayaraq, Akopyanın doğum gününü keçirmək məqsədilə ABŞ-a getdiyini yazır və sərt tənqidlər səsləndirirlər. Xüsusilə Annanın bir neçə gün əvvəl Moskvada 5000 dollarlıq yemək sifarişi, konsertlərə qatıldığı xatırlanır.

Lakin Annanın Moskva səfəri ilə Los-Anceles səfəri arasında bir fərq var: Paşinyanın həyat yoldaşı Moskvaya uşaqları ilə getmişdi, Los-Ancelesə isə təkbaşna (iki mühafizəçi ilə) gedib.

“Hraparak” qəzeti bu məqamın təsadüfi olmadığını yazır: “Los-Ancelesdə erməni icması müharibədə məğlubiyyətdən sonra Ermənistan hakimiyyətini görmək istəmir, bu baxımdan, Annanın ABŞ-a icma ilə görüşmək, yaxud hansısa ehtiyaclar üçün ianələr toplamaq məqsədilə getdiyi istisnadır. Fevralın 1-də Akopyanın doğum günüdür. Bir qadını doğum gününü uşaqlarsız və ərsiz keçirməyə nə məcbur edir?”.

Qəzet Annanın ətrafındakı insanlara istinadən yazır ki, Paşinyanla arvadının münasibətləri olduqca gərgindir.

“Müharibənin sonunda Paşinyan Feysbuk üzərindən mesaj göndərərək, arvadını ictimaiyyəti qəzəbləndirməyi dayandırmağa, Gorusdan evə qayıtmağa çağırdı, lakin Anna ərinə qulaq asmayaraq, sona qədər “Erato” dəstəsi ilə piar apardı. Gərgin münasibətlər hələ də davam edir. Məlumatlara görə, Anna müharibədə ölənlərin yaxınlarının qəzəbli lənətindən uzaqda, xaricdə keçirmək qərarına gəlib”, - qəzet yazır.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.